Magazin2
Leonardo Di Kaprio 15 milyon dollarlıq sərvəti hara bağışladı? - FOTOLAR
Amerikalı aktyor Leonardo Di Kaprio Amazon Körfəzi və Afrikada tropik meşələr də daxil olmaqla vəhşi təbiətin qorunması ilə məşğul olan ekoloji təşkilatlara 15 milyon dollar ianə bağışlayıb.
Təbiətin dağıdılması elə sürətlə baş verir ki, buna məhəl qoymamaq artıq mümkün deyil. Yer kürəsinin əhalisinin yaşayışı və mühitin qorunmasına görə biz cavabdehik. Aktyor isə bu məsələdə olduqca fəaldır.
Məlumat KİV-də dərc olunduqdan bir neçə saat sonra aktyorun bu addımı ilə bağlı “İnstagram” səhifəsində təzə fotolar yerləşdirib və şərh yazıb:
“Biz bu gün aktual ekoloji problemləri həll etmək üçün çalışırıq. Əgər təbiətin qorunmasını istəyirsinizsə, onda bunun üçün nə etdiyinizi düşünün”.
Yeri gəlmişkən, Hollivudun ən xarizmatik aktyorlarından biri hesab edilən Di Kaprio planetimizin ekoloji problemləri və təbiəti xilas üçün çoxdan çalışır. O, 1998-ci ildə planetin ekoloji mühitinin və Yer kürəsinin qorunması üçün “Foundation Leonardo Dicaprio” xüsusi fondunu yaradıb.
2014-ci ilin sentyabrında isə aktyor iqlim dəyişikliyi məsələləri üzrə BMT-nin sülh elçisi seçilib.
Fidan
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır