Özcan Dəniz pərəstişkarlarına xoş xəbər verdi: “Bu dünya gözəli qız...” - FOTO
Bizi izləyin

Magazin2

Özcan Dəniz pərəstişkarlarına xoş xəbər verdi: “Bu dünya gözəli qız...” - FOTO

Məşhur müğənni Özcan Dəniz prodüserliyini etdiyi “Her şey aşktan” (“Hər şey eşqdəndir”) adlı filmin çəkilişlərinin tamamlandığını açıqlayıb. “İnstagram” hesabında filmin baş rol aktrisası Handə Doğandəmirlə çəkilmiş fotosunu paylaşan Özcan bunları yazıb:

“Bu dünya gözəli qız çox yoruldu. 2 ay dayanmadan işlədi və ortaya möhtəşəm bir iş çıxdı. İllərin rəqqası kimi tanqo oynadı, Hilari Suonk kimi boksla məşğul oldu, evlərin damından uçdu, eşqlə baxdı, eşq üçün ağladı və ən əsası, ən az rejissor qədər, ən az mənim qədər filmi özününküləşdirdi. Şükrü Özyıldız ilə çox yaxşı partnyor oldular. Filmimizin çəkilişləri bitdi, dünən gecə bunu qeyd etdik. Əllərinə sağlıq”.

Qeyd edək ki, Özcan Dəniz bu filmin baş rolunu əvvəlcə aktrisa Beren Saata təklif edib, ancaq ondan müsbət cavab ala bilməyib.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm