“Emmi”nin sahibləri bəlli oldu
Bizi izləyin

Magazin2

“Emmi”nin sahibləri bəlli oldu

Amerikan televiziya layihələrinə verilən “Emmi” mükafatları bu il 67-ci dəfə Los Ancelesdəki bir teatrda təşkil edilən mərasimlə sahiblərinə təqdim edilib.

Axar.az xəbər verir ki, budəfəki mükafatlandırma mərasiminə aldığı mükafatların sayına görə “Taxtların oyunu” serialı damğasını vurub. Serial “ən yaxşı rejissor”, “ən yaxşı ssenari”, “ən yaxşı köməkçi aktyor”, “ən yaxşı serial” nominasiyaları olmaqla ümumilikdə 12 mükafat qazanıb. Mükafatlandırma gecəsində komediya janrında “ən yaxşı serial “Veep” (Vitse-prezident), “ən yaxşı mini serial” isə “Olive Kitteridge” olub.

Endi Semberqin aparıcılığı ilə keçən gecədə komediya janrında “ən yaxşı aktyor” mükafatına “Transparent” serialındakı rolu ilə Cefri Tembor, eyni janrda “ən yaxşı rejissor” mükafatına “Transparent” serialı ilə Cil Solovey layiq görülüb. 1993-cü ildən bu yana nümayiş olunan və avqust ayında nümayişi dayandırılan Con Stüartın aparıcılığı ilə gedən veriliş “ən yaxşı tok-şou”, “ən yaxşı tok-şou ssenaristi” və “ən yaxşı tok-şou rejissorluğu” olmaqla 3 mükafata layiq görülüb.

Gecədə ABC kanalında nümayiş olunan “Amerika cinayəti” televiziya filmində müsəlman qadını oynayan qaradərili aktrisa Redcina Kinq “ən yaxşı köməkçi aktrisa” mükafatını qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm