Prodüser Ataş: “Canları çıxsın”
Bizi izləyin

Magazin2

Prodüser Ataş: “Canları çıxsın”

Prodüser Ataş Hüseynov yerli müğənnilərimizin konsert verərkən şounu özləri deyil, yalnız rəqqasların üstünə yükləməyin səbəbini açıqlayıb. Bu haqda o, “Günaydın” verilişində məlumat verib.

“Bizim müğənnilər konsert verirlərsə, ifa etdikləri mahnılar canlı ifa olunmalıdır. Rəqs edəndə isə müğənnilərimizin ifa etməyə nəfəsi çatmır. Bunu fonoqramla həll etmək olur. Canlı-canlı etsələr, gərək canları çıxsın”.

Prodüser həmçinin Aygün Kazımovanın Kremldə olan konsertindən söhbət açıb.

“Aygün Kazımova Kremldə konsertini edəndə komanda olaraq 1 ay Moskvada yaşadıq. Bir ay ərzində Aygün xanım rəqqaslarla məşq etdi. Təkcə rəqqaslara 15 min dollar pul ödənildi. Bunu hər müğənni edə bilmir. O konsert mənim üçün də böyük təcrübə oldu”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm