• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Emma Stoun: “Mən bilirdim ki...”

  • Magazin2
  • 12 May 2015 15:30
  • 422 Baxış
Emma Stoun: “Mən bilirdim ki...”

Hollivudun gənc aktrisası Emma Stoun “Interview Magazine” jurnalına verdiyi müsahibədə “Mən daha uğursuzluqlardan və səhvlərdən qorxmuram” – deyib.

Emma Stoun “Interview Magazine” jurnalının təzə nömrəsinin üz qabığı üçün həssas fotosessiyaya çəkilib. Fotosessiya ilə yanaşı müsahibə də verən aktrisanın bu söhbəti səmimiliyi ilə seçilib.

Publika.az xarici mətbuata istinadən aktrisanın etiraflarla dolu həmin müsahibəsini təqdim edir:

Uşaqlıq xatirələri:

  • Mən həmişə dəqiq bilirdim ki, səhnədə çıxış etmək istəyirəm. Həyatdakı əsas məqsədim bu idi. Müəyyən qədər bu arzumu vərdiş halına gətirdim və reallaşdırdım.

Azarkeşlər və aşiqlər...

  • Özümü xüsusi hiss etdiyimi deyə bilmərəm. Azarkeş nə olduğunu bilirəm. Amma öz azarkeşlərimin olması, kiminsə sevimlisinə çevrilmək barədə heç vaxt düşünməmişəm. Bəlkə də səhv edirəm, ancaq azarkeşliyi qəbul etmirəm. Buna baxmayaraq, insanların oynadığım rollarla, yaratdığım obrazlarla bağlı fikirlərini eşitmək xoşuma gəlir. Kiminsə mənə yaxınlaşıb bu və ya digər filmdəki roluma görə təşəkkürünü çox yükəsk qiymətləndirirəm. Onların təşəkkürü mənim üçün çox şey deməkdir.

Ciddi rolları və böyük layihələr...

  • Əminəm ki, çox qeyri-adi, böyük və çətin bir işin qulpundan yapışmağa hər an hazıram. Düşünürəm ki, bu, Brodveydəki ("Kabare" tamaşası) işimlə bağlıdır. Teatrda özünü necə hiss etməyindən asılı olmayaraq, hər axşam çıxış etməlisən. Bu, filmdən çox fərqlidir. Son yarım ildə başa düşdüm ki, indi çox çətin sınaqları yoxlamağa hazıram. Düşünürəm ki, mən əvvəllər gülünc vəziyyətə düşəcəyim üçün uğursuzluqlardan qorxurdum. İndi isə bundan daha az qorxuram.

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR