Məşhur dizayner üsyan etdi: “Qadın bədəninin gözəlliyi sirr olaraq qalmalıdır” - FOTOLAR
Bizi izləyin

Magazin2

Məşhur dizayner üsyan etdi: “Qadın bədəninin gözəlliyi sirr olaraq qalmalıdır” - FOTOLAR

Tanınmış modelyer Karolina Herrera çılpaq, yarımşəffaf paltarların müəlliflərinin ünvanına sərt tənqidlər söyləyib. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, dizaynerləri bu paltarları dəbə gətirməkdə günahlandırıb. 72 yaşlı modelyer Amerikanın “Washington Post” qəzetinə müsahibəsində deyib ki, rəsmi tədbirlərdə bu cür geyimləri olması göz zövqünü korlayır.

"Bəzi dizaynerlər hesab edir ki, gənclərin diqqətini cəlb etmək üçün kolleksiyalara şəffaf paltarlar daxil etmək vacibdir. Amma bu, düzgün deyil! Qadın bədəninin gözəlliyi sirr olaraq qalmalıdır",- Karolina bildirib.

Karolina həmçinin onu da bildirib ki, qırmızı xalı mərasimlərində Cennifer Lopez, Beyons və Kim Kardaşyanın şəffaf geyimlərini görəndə çox təəccüblənib:

“Bu xanımlar stil ikonası hesab olunurlar, amma əyinlərinə heç nə geyinmirlər. İndi də qismən və ya tamamilə çılpaq görünmək müasir sayılır. Bir çox dizaynerlər, gənc auditoriyanı cəlb etmək üçün bu cür paltarlar tikirlər. Bu, əsl dəlilikdir” - söyləyib.

Modelyer bildirib ki, onun üçün geyim estetikası yeni kolleksiyaların yaradılması zamanı yenə də mühüm rol oynayır.

“Mənim üçün dəb - incəlik, gözəllik və orijinallıqdır. Mən hesab edirəm ki, moda biznesində deyil, gözəllik sənayesində işləyirəm” bildirib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm