• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Özcan Dənizin olay yaradan Ramazan statusu

  • Magazin2
  • 18 İyun 2015 17:45
  • 2 715 Baxış
Özcan Dənizin olay yaradan Ramazan statusu

Məşhur müğənni və aktyor Özcan Dəniz sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Buna səbəb ifaçının Ramazan ayının başlanması ilə bağlı “Instagram” hesabında paylaşdığı yazı olub.

Müğənni statusunda televiziya verilişlərində aparıcılıq edən din xadimlərini və iftar süfrələrindəki dəbdəbəni tənqid edib.

Publika.az Özcan Dənizin olaya çevrilən statusunu təqdim edir:

"Yenə zəngin süfrələr açılacaq, yenə sahurda və iftarda 5 öyünə bəs edəcək qədər yeməklər yeyiləcək. Otellərdə, restoranlarda artıq qalan qidalar zibilə atılacaq. Yenə aclıqdan əsəbi pozulanlar oruc tutmayanlara hücum edəcək. Yenə din adamları televiziyalarda lirik musiqi sədaları altında əsassız danışacaq, böyük qonorarlar alaraq beyinləri qarışdıracaq. Yenə məşhurlarla iftar mərasimləri təşkil ediləcək, televiziyalar bunu şou kimi yayımlayacaq. Yenə oruc tutmaq üçün əsas səbəblər unudulacaq və oruc gün boyu ac qalıb azandan sonra yeməyə hücum etmək zənn ediləcək. İsrafdan öfkədən uzaq, nəfsinə hakim, Allaha yaxın bir Ramazan keçirməyiniz diləyi ilə xeyirli Ramazanlar..."

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR