• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Coca-Cola”-nın formulu, “KFC”-nin tikəsi, universitetdəki kəllə: dünyanın ən gizli saxlanılan sirləri – FOTOLAR

  • Maraqlı
  • 23 İyul 2015 08:50
  • 2 404 Baxış
“Coca-Cola”-nın formulu, “KFC”-nin tikəsi, universitetdəki kəllə: dünyanın ən gizli saxlanılan sirləri – FOTOLAR

Dünyada sirri məlum olmayan olaylar, müəmmalar çoxdur. İllər ötdükcə onların bir çoxu üzə çıxır, aydınlaşır, səbəblər məlum olur. Lakin elə müəmmalar da var ki, onilliklərdir onların səbəbləri açıqlanmır. Buna səbəb isə həmin sirlərin xüsusi olaraq qorunması, hətta silahlı nəzarətçi dəstələri ilə mühafizə edilməsidir. Elə bu səbəbdəndir ki, həmin sirlər 60-70 illərdir açılmır. Çünki onlardan bəziləri öz sahiblərinə hər saat milyonlarla gəlir gətirir.

Publika.az dünyanın ən yaxşı qorunan sirlərini təqdim edir:

Dünyanın açılmamış sirrindən biri "Coca-Cola" şirkətinin formuludur. Hər kəs bu şirkətin məhsulu olan içkinin tərkibinin nədən ibarət olması ilə maraqlanır. Bununla bağlı mətbu orqanlarda kifayət qədər geniş məlumatlar yayılsa da, onların həqiqətə uyğunluğu bu günə kimi tam təsdiqlənməyib. Çoxları içkinin tərkibinin qazlı sudan, fruktozadan, kofeindən və rəng maddələrindən ibarət olduğunu iddia edir. Şübhəsiz ki, iddialar da hələ həqiqət demək deyil.

Əllərində "Coca-Cola"nın iki yerə bölünmüş formullarını tutan bu iki nəfər "Coca-Cola"nın əsl sirrini bilən yeganə ekspertlərdir. Amma onların özləri belə, "Coca-Cola" formulunun yarısını bilirlər və birlikdə olduqları təqdirdə bu formulu reallaşdıra bilirlər. Bu şəxslərin birlikdə xaricə səfər etmələri, hətta eyni təyyarəyə minmələri qadağandır. Şirkət "Coca-Cola"nın formulu sirrinin qorunması üçün "SunTrust" bankına 48,3 milyon dollar pul ödəyir. Çünki formulun orijinal forması həmin bankda saxlanılır. Yeganə məlum olan şey şirkətin içkilərinin tərkibində koka bitkisinin olmasıdır.

Bakının bir neçə yerində restoranları olan məşhur "KFC" şəbəkəsinin sirri də dünyanın 75 ildir ən yaxşı mühafizə olunan müəmmalarındandır. Onilliklərdir dünyanın bir sıra dövlətlərində geniş məskən salmış restoranlar şəbəkəsinin 11 ədviyyatlı toyuq tikələri və sousunun dad sirri bu günə kimi gizli saxlanılır. Həmin sirr şirkətin baş ofisində qorunur. Ofisin özü isə bir neçə silahlı mühafizəçinin ciddi nəzarəti altındadır.

KFC-nin sirrinin saxlanıldığı xüsusi otağın divarları nə az nə çox, 2 metr qalınlığındadır. Üstəlik, otağın dörd bir tərəfi müşahidə kameraları ilə əhatələnib. Silahlı mühafizəçilərin 24 saat qoruduqları bu otağa giriş qeyri-mümkündür. Otağın 2 fərqli açarları və giriş qapısının 2 fərqli açılış kodu var. Bütün bunlar toyuq ətinin sirrinin qorunması üçündür. Bəlkə, elə bunlara görədir ki, KFC dünyada ən çox toyuq əti satan şirkətidir.

İngiltərənin məşhur sərkərdələrindən olan, XVII əsrdə İrlandiya xalqına qan uddurmuş Oliver Kromvelin başının basdırıldığı yer dünyanın ən çox qorunan sirlərindəndir. 1658-ci ilin sentyabrında dünyasını dəyişmiş Oliver Kromveli məzarda rahat uyumağa qoymadılar. İngiltərə kralı II Çarlzın əmri ilə onun məzarı açıldı. Çünki ölkə rəhbəri onun təkrar öldürülməsi barədə əmr vermişdi. Kromvelin cəsədi 12 saat küçədə asılmış vəziyyətdə qaldı. Sonra isə başı kəsildi. Uzun illər sonra sərkərdənin kəlləsi kolleksionerlərdən biri tərəfindən satın alındı və əldən-ələ gəzdi. Oliver Kromvelin kəlləsinin son sahibi 1957-ci ildə dünyasını dəyişdi. Həmin şəxsin oğlu sərkərdənin başının saxlamaq istəmədiyini elan etdi. Başı basdırmaq üçün düz 3 il yer axtardılar. Nəhayət 1960-cı ildə sərkərdənin başı gizli yerdə basdırıldı. Hazırda bu sirri dünyada 3 adam bilir – Kembric Universitetinin 2 professoru və adı gizli saxlanılan bir nəfər. Professorlar başın basdırıldığı yerdə gizli işarənin olduğunu deyirlər.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR