• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Boy uzadan məhsullar haqqında bilmədikləriniz

  • Maraqlı
  • 2 Avqust 2015 11:30
  • 1 350 Baxış
Boy uzadan məhsullar haqqında bilmədikləriniz

Bəzi reklamlarda uşaq məhsullarının tərkibində boy uzadan maddələr olduğu deyilir. Uşaqlar, hətta böyüklər üçün də tez-tez boy uzatdığı deyilən bitki qatışıqlarının da təklif edildiyini eşidirik. Təəssüflə qeyd etməliyik ki, bir çox insanlar bu reklamlara aldanırlar, olduqca qiymətli məhsullara pul xərcləyirlər. Publika.az Türkiyə mətbuatına istinadən boy uzadan dərmanlar haqqında maraqlı məlumatları təqdim edir:

Məlum olduğu kimi normal bir insanın boyunun uzanması genetik və hormonal quruluşundan, o cümlədən qidalanma və məşq kimi bir çox xarici amillərin təsirindən asılıdır. Bütün bu amillər normal olduğu halda adam genetik olaraq müəyyən qədər uzana bilər. İnsanın boyunun normal olub-olmadığı isə eyni yaş və həmcinsləri ilə müqayisə edilərək müəyyənləşdirilir. Normal boyu olan birinin boyunu isə bəzi qida maddələri və dərmanlarla daha çox uzatmaq mümkün deyil. Boy sümüklərin oynaq yerlərində yerləşən böyümə qığırdaqlarının köməyilə uzandığından və 18 yaşdan sonra bu qığırdaqlar sümüyə çevrildiyindən boyun uzanması da dayanır. Bundan sonra insanın boyu qısa olsa belə, onu hər hansı maddə, qida və ya dərman müalicəsi ilə uzatmaq mümkün deyil.

Odur ki, bəhs edilən məhsulların boyu uzatdığı iddiası tamamilə xəyaldır. Bitki qarışıqlarından ibarət məhsulların boyu uzatdığı iddiası heç bir elmi əsasa söykənmir. Sözügedən dərmanların tərkibi normal qidalanan bir insanın gündəlik tələbatını təmin edən və qeyri-adi heç nə olmayan mineral və vitaminlərdən ibarətdir. Halbuki normal qidalanan və hər hansı bir xəstəliyi olmayan insanın həkim tövsiyəsi olmadan əlavə dərman qəbuluna ehtiyac yoxdur.

Unutmaq olmaz ki, bəzi xəstəliklər də boy qısalığına səbəb olur. Lakin onun müalicəsi mümkündür. Əgər uşağın boyunun qısa olduğundan şübhələnirsinizsə, ən erkən yaşda mütləq uşaq endokrinoloquna müraciət etməlisiniz.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR