• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qaşınmanı aradan qaldıran təbii üsullar

  • Maraqlı
  • 12 Avqust 2015 11:45
  • 1 441 Baxış
Qaşınmanı aradan qaldıran təbii üsullar

Yay aylarında allergiya, ağcaqanad sancması və həddindən artıq isti hava dəridə qaşıntılara səbəb olur. Qaşıntının aradan qaldırılması üçün müxtəlif dərmanlar və kremlər mövcud olsa da, onların çoxunun tərkibində təhlükəli kimyəvi maddələr var. Odur ki, qaşıntını təbii üsulla aradan qaldırmaq daha məsləhətdir.

Bəs bunu necə etmək olar? Sualınızın cavabını Publika.az-ın yazısında tapacaqsınız.

Mütəxəssislər iddia edirlər ki, qaşıntını qısa zamanda aradan qaldıran ən təsirli üsullar aşağıdakılardır:

Soda

Soda səbəbindən asılı olmayaraq hər cür qaşıntını aradan qaldırır. Bir xörək qaşığı sodanı 1 çay qaşığı su ilə qarışdırıb qaşınan bölgəyə çəkin. Yumağa ehtiyac yoxdur.

Yulaf lopası

Tərkibindəki antioksidantlar sayəsində dərini sakitləşdirir. Bir az yulaf götürüb onu su ilə qarışdıraraq məcun halına salın. Daha sonra qaşınan bölgəyə çəkin. Qaşıntı aradan qalxana kimi gözləyin. Daha sonra soyuq su ilə təmizləyin.

Soyuq su

Soyuq su qaşıntını dərhal aradan qaldırır. Su əvəzinə buzdan da istifadə edə bilərsiniz.

Limon

Limon da qaşıntını aradan qaldıran təsirli vasitədir. Qaşınan bölgələrə bir az limon şirəsi çəkib 15-20 dəqiqə saxlayın. Daha sonra soyuq su ilə yuyunun.

Ardıc meyvəsi və ya mixək

Həm ardıc meyvəsi, həm də mixək tərkibindəki xüsusi maddələr sayəsində qaşıntını aparır. Ardıc və ya mixək yağını qaşınan bölgəyə çəkib 15 dəqiqə gözləmək lazımdır.

Əzvay (Aloe- vera)

Antibakterial xüsusiyyətə malikdir. Tərkibindəki E vitamini sayəsində dəri qıcıqlanmasını aradan qaldırır, qaşıntını azaldır. Əzvayın yarpağını kəsin və yarpaqdan axan şirəni qaşınan bölgələrə çəkin.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR