• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Dünyanın məxfi şəhərləri – Qiyamət gününə hazır bunkerlər – FOTOLAR

  • Maraqlı
  • 9 Sentyabr 2015 02:33
  • 2 327 Baxış
Dünyanın məxfi şəhərləri – Qiyamət gününə hazır  bunkerlər – FOTOLAR
Bütün səmavi dinlər bir gün dünyanın sonunun gələcəyi barədə xəbərdarlıq edirlər. Hansı dinə sitayiş etmələrindən asılı olmayaraq, bütün möminlər gec-tez qiyamət gününün olacağını, bəşəriyyətin böyük fəlakətlə üzləşəcəyini, insanların öz əməllərinə görə Tanrı qarşısında cavab verəcəyini bildirirlər. Nə qədər təəccüblü olsa da, müsəlmanların qiyamət günü, xristianların Apokalipsis adlandırdığı həmin günə bəzi dövlətlər  hazırlıq görüblər. Bəzilərinin dünyanın sonu, bəzilərinin isə nüvə müharibəsi təhlükəsinə qarşı tədarük gördükləri hazırlıq işləri özünü yeraltı şəhərlərin, sığınacaqların inşa edilməsində göstərir. Qeyd edək ki, həmin şəhərlərin bəziləri ictimaiyyətdən gizli və ya qapalı saxlanılır. Lakin buna baxmayaraq, mətbuat onların varlığından xəbər tutub. 

Publika.az dünyanın ayrı-ayrı ölkələrinin gizli məkanları, yeraltı bunkerləri ilə bağlı maraqlı faktları təqdim edir:  

 
ABŞ-ın Yuta ştatında Qiyamət günündə sakinlərin sığınacağı xüsusi yer mövcuddur. Hər kəs bu günün gələcəyinə inanmasa da, hər halda bəzi dindarlar apokalipsisə inanır. Bu səbəbdən də müqəddəslər hərəkatının üzvləri dünyanın sonunun gələcəyinə əsaslanaraq, qlobal apokalipsisə tədarük görürlər. 

Onlar ehtiyat ərzaq yığır, hətta tərəvəz də əkirlər ki, apokalipsis zamanı ehtimal edilən aclıqdan qurtula bilsinlər.

Kolorado ştatında yerləşən Şayenn şəhərindəki bunker də apokalipsisə tam hazırdır. Çünki burada lazımi qida ehtiyatı toplanıb. Bunker bir neçə meqatonluq bomba partlayışlarına tab gətirə biləcək gücdədir. Burada habelə dizel yanacağı ilə işləyən 6 generator, eləcə də su ehtiyatı var. Yeraltı sığınacaqda nüvə, bioloji maddələri təmizləmək üçün quraşdırılmış xüsusi avadanlıq hazır vəziyyətdədir. Onu işə salmaq üçün cəmi 30 dəqiqə vaxt tələb olunur.

Bir sıra qadağaları ilə tanınan Şimali Koreya da pis gün üçün ehtiyatını görür. Lakin koreyalılar başqa ölkələrdən fərqli olaraq, heç də dünyanın sonuna yox, ehtimal edilən nüvə müharibəsinə tədarük görürlər. Pxenyandakı metro tunelləri Moskvada olduğu kimi, nüvə bombalarından qorunmağa tam hazır vəziyyətdədir. Tunellər müharibə zamanı sakinlərə xidmət edəcək.

Bu ölkədən qaçan siyasi mühacirlərin sözlərinə görə, Pxenyandakı bəzi yeraltı tunellər hətta prezidentin rezidensiyası, əlavə otaqlar və mərkəzi küçələrlə birləşir.

Hava və dəniz limanının yoxluğu və kifayət qədər uzaq olması ilə fərqlənən Sakit okeanın cənubundakı Pitkern adaları qrupu da istənilən apokalipsisə hazırdır. Cəmi 50 sakini olan adada olduqca əlverişli mühit var. Balıqlarla zəngin olan kiçicik adada banan, kokos, lobya, şirin çörək ağacı, kartof və sitrus bitkiləri yetişir.

Dünyanın sonunu Böyük Britaniyada qarşılasanız, çox da həyəcan keçirməyin. Çünki ingilislər də "qara günə" öz ehtiyatlarını görüblər. Uaythol küçəsində, Müdafiə Nazirliyinin yaxınlığındakı hərbi obyekt qiyamət gününə hazır vəziyyətdədir. 1990-cı ildə inşa edilmiş yeraltı sığınacaq şair Pindarın adını daşıyır. Hazırda bu məkandan hərbi oyunlar mərkəzi kimi istifadə edilir.

Başqırdıstan (Rusiya Federasiyası) Respublikası Yamantau dağlarındakı sığınacaq hələ keçmiş SSRİ dövründə mövcud idi. Super gizli "şəhər"lərdən sayılan belə məkanların xeyli sayda olsa da, onların mövcudluğu son dərəcə məxfi saxlanılırdı. Sovet imperiyasının dağılmasından sonra onlardan bəziləri sakinlərin üzünə açılsa da, Rusiya və Qazaxıstan ərazisindəki bəzi sığınacaq hələ də qapalı qalmaqdadır.

Son vaxtlar yayılan söz-söhbətlərə görə, bu və digər sığınacaqlar nüvə təhlükəsindən qorunmaq üçün dünyanın ən böyük obyektlərindəndir. Bundan əlavə, onlardan birinin 60 min insanı qəbul etmək gücünə malik olması haqda informasiya yayılıb. Bu, təkcə on minlərlə insanı qəbul etmək yox, həm də onları qida və su ilə təchiz etmək gücünə malik obyektdir.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR