Bilgi.az
Bu qəsəbədə qızlar 12 yaşından sonra oğlana çevrilir
Dominikan Respublikasının Salinas adlı qəsəbəsində dünyaya gələn uşaqlar elm adamlarını çaşbaş salıb.
Publika.az xəbər verir ki, bu qəsəbədə körpələr qız uşağı kimi doğulur, 12 yaşdan sonra isə oğlana çevrilirlər. Alimlər bunun bir növ genetik xəstəlik olduğunu bildirirlər. Belə ki, bu hal orqanizmdə "5-alphareductase" adlı fermentin çatışmazlığından yaranır. Hamiləliyin 8-ci həftəsində Y xromosomu daşıyan körpələr "dihidro-testeron" adlı hormon istehsal etməyə başlayırlar. Bundan sonra da yavaş-yavaş kişi cinsi orqanı formalaşmağa başlayır. Ancaq "5-alphareductase" fermentinin çatışmazlığı zamanı həmin hormon yaranmır və körpədə kişi cinsiyyət orqanı inkişaf etmir. Belə uşaqlarda orqanizm lazımlı fermentləri və hormonları 7 yaşdan sonra istehsal etməyə başlayır. Nəticədə uşaqda cinsiyyət orqanı 12 yaşına çatdıqda formalaşır. Həmin yaşa qədər hamı onları qız zənn etdiyindən qız uşağı kimi yetilşdirilirlər. Sonradan cinsiyyət orqanının yaranması onlarda ciddi psixoloji problemlərə səbəb olur.
Alimlər bu problemi qəsəbə sakinlərinin kənar şəxslərlə evlənməməsi ilə əlaqələndirirlər. Öz aralarında evləndikləri üçün həmin genetik xəstəlik ilə dünyaya gələn uşaqların sayı getdikcə çoxalır.
Ləman Sultan
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO