Bilgi.az
Supermarketlər bizi necə aldadır? - FOTOLAR
Marketlərin hiyləgərlikləri ilə bağlı yəqin ki, hamı eşidib. Bu xüsusən çox nəhəng supermarketlərə aiddir. Supermarketlər və mağaza şəbəkələri istehlakçıların beyninə nəzarət edirlər. Necə? Publika.az Rusiya mətbuatına istinadən supermarketlərin kiçik sirlərini təqdim edir.
1.Supermarketlər insanların beyninə qırmızı rəngin endirimlərlə bağlı olması fikrini yerləşdirib.
Bizim şüurumuzda qırmızı qiymət çoxdan qiymətin azalmasıyla assosiasiya edilir. Ancaq diqqətli olmağa dəyir – həmişə belə rəngli qiymət cədvəlləri daha əlverişli satışı bildirmir: qiymət əhəmiyyətsiz dərəcədə azaldılmış və ya heç azaldılmamış ola bilər. Amma istehlakçı onsuz da artıq yaranmış assosiasiyaya görə belə qiymət cədvəllərini görərkən şüuraltı onun endirim olduğunu düşünür.
2. Onlar arabaları çox böyük edirlər.
Ticarət arabaları 1938-ci ildə ixtira edilib. Son 40 il ərzində isə adi arabanın sahəsi iki dəfədən çox böyüyüb. İstənilən halda, onlar bir ailənin "istehlakçı səbəti"ndən böyükdür. Əgər biz yarıdolmuş arabanı görürüksə, bu bizdə elə təsəvvür yaradır ki, lazım olan qədər bazarlıq etməmişik. Nəticədə biz daha çox ərzaq alırıq.
3. Meyvələr və tərəvəzlər adətən mağazanın girişində qoyulur.
Tədqiqatçılar alıcıların iradəsinin gücünü testdən keçiriblər. Məlum olub ki, insana əvvəlcə onun fikrinə görə yaxşı olanı eləməyə imkan vermək kifayətdir ki, bir müddətdən sonra öz sərhədlərini aşsın. Bu səbəbdən supermarketlərin sahibləri faydalı meyvələr və tərəvəzlər düz girişdə qoyurlar: alıcı nə qədər çox pulu faydalı məhsullara xərcləyəcəksə, o qədər də pivə və çipsi kimi zərərli məhsullar alacaq.
4. Süd məhsullarını mağazanın dərinliyində gizlədirlər.
Satış üzrə mütəxəssislər bir çox üsullardan istifadə edirlər ki, bizi daha çox şey alaq. Heç fikirləşmisinizmi ki, ən çox tələb olunan süd məhsulu nəyə görə belə dərinlikdə yerləşdirilir? Ona görə yox ki, soyuducular məhz orada yerləşib. Ona görə ki, biz südə çatanada qədər nə qədər bazarlıq edə bilərik.
5. Supermarketlərdə belə bir illüziyasını yaradılır ki, onların meyvələri və tərəvəzləri təzədir.
Supermarketlərin əksəriyyətində tərəvəz bölməsində tərəvəzlər və meyvələr yuyularaq və parıldatılaraq qoyulur. Bundan başqa, tez-tez onlara su çilənir. Niyə? Ona görə ki, bütün insanlar təzəni sevirlər. Bundan başqa supermarketlərdə xüsusi olaraq müəyyən maddələrdən istifadə olunur ki, bu da insanın iştahını açır.
6. Sizi aclıq hiss etməyə məcbur edirlər.
Çox supermarketlərdə şirniyyat məmulatları girişdədir. Təzə bişmiş şirniyyatın qoxusu tüpürcək vəzilərini aktivləşdirir və siz dərhal bu ləzzəti almaq istəyirsiniz. Bundan başqa bəzi supermarketlər alıcılarına bu və ya digər məhsulu təklif edərək kiçik piştaxtalar qurur. Həmişə insanlar aclıq hiss etdiklərinə görə həmin piştaxtalardakı məhsulun dadına baxır və onu alırlar. Buna görə də mağazaya getməzdən əvvəl qəlyanaltı etmək daha doğru olar.
7. Sizi mağazanın hər yerinə getməyə məcbur edirlər.
Bir çox lazımi məhsullar - çörək, süd və yumurtalar bütün mağaza üzrə səpələnib ki, siz yol üzrə planlaşdırılmamış məhsulları da alasınız.
8. Sizi düşünməyə məcbur edirlər ki, siz əslində mağazada çox sürətlə hərəkət edirsiniz.
Supermarketlərdə döşəməni elə düzəldiblər ki, siz getdikcə araba daha çox səs çıxarsın. Beləliklə, siz düşünürsünüz ki, daha sürətli gedirsiniz, buna görə də şüuraltı sürəti azaldırsınız və mağazada daha çox vaxt keçirirsiniz.
9. "Sol-sağ" düsturunu hazırlayıblar.
Supermarketlərin əksəriyyətində ziyarətçilərin hərəkəti saat əqrəbinin əksinə təşkil edilib. Alıcı mağazada irəliləyərək sona qədər gedir, sonra isə sola dönür. Beləliklə o, bütün bölmələrə baxmadan qayıda bilmir.
10. Mürəkkəb qiymətlərlə fikrimizi qarışdırırlar.
Biz hamımız bu köhnə fəndi bilirik: 0,99 həmişə 1,0-dan daha az görünür. Şüuraltı qəpik iqtisadiyyatın nəhəng ölçülərinə qədər böyüyür. Məhz həmin rəqəmə görə siz bəzən daha lazımsız əşyanı ucuz bilərək alırsınız. Nəticədə isə yenə də qazanan mağazalar olur.
11. Sizin uşaqlarınızdan istifadə edirlər.
Çox güman ki, bu qaçılmazdır. Hər bir valideyn uşaqla mağazaya getmək məcburiyyətində qala bilər. Bu zaman onun bütün şıltaqlıqlarına dözmək lazım gəlir. Uşaqlar bəzəkli vitrinləri görüb validenlərinə bir çox lazımsız məhsulları aldıra bilirlər.
12. Sizdən daha çox ucuz malları gizlədirlər.
Siz nə vaxtsa diqqət yetirirmisinizmi ki, bütün bahalı mallar piştaxtanın orta rəfində, lap sizin gözlərinizin önündə olur. Bu ona görə edilib ki, siz əvvəlcə ən bahalı malı görəsiniz. Daha yuxarı və ya aşağı tərfədə - sizin ilk baxışda görə bilməyəcəyiniz yerdə ucuz mallar yerləşdirilir. Bunlar adətən günəşin altında qalan və ya vaxtı nisbətən keçmiş məhsullar olur ki, onlar da əslində böyük gəlir gətirir.
13. Bəzi məhsulların cütünü təklif edirlər.
Hamı cütlüyü sevir, xüsusən də marketlərdə. Supermaketlərdə pivə ilə çipsi və ya quru balıq, peçenye ilə meyvə şirəsi və ya qazlı su, köynəklərin yanında – qalstuklar və s. bir yerdə yerləşdirilir. Hər şey onun üçündür ki, siz daha çox məhsul alasınız.
14. Əti və balığı ağ divarların fonunda satırlar.
Ət və balıq təzə görünmək üçün ağ fonda satılır. Bu vizual fəndlə, işıqlandırma ilə insanları daha çox pul xərcləməyə məcbur edirlər.
15. Mağazanın divarlarını isti rəng tonları ilə rəngləyirlər ki, siz mağazada daha çox qalasınız.
İsti rənglər insanı "tovlayır". Tədqiqatlar göstərir ki, insanlar meyvə şirəsini alsınlar deyə bu sıralar qırmızı rənglə rəngləyirlər.
16. Musiqi sizi daha çox xərcə salır.
İstehlakçıların daha çox mal almasında musiqi heç də az rol oynamır. Gələn dəfə, nə vaxt ticarət mərkəzində olacaqsınızsa, gözlərinizi bağlayın və qulaq asın. Siz strategiyanın hissəsi olan melodik musiqini yəqin eşidəcəksiniz. Belə musiqinin sədaları altında biz şüuraltı addımı yavaşıdırıq, uzun müddət piştaxtaların qarşısında dayanırıq və mala baxırıq. Supermarketlər əhval-ruhiyyəni yaxşılaşdıran yüngül hitləri qoyur insanları "impuls almağa" vadar edirlər.
17. Kassanın yaxınlığına xırdavat düzülür.
Bura batonlar, ucuz jurnallar, saqqız, nanəli konfetlər və siqaretlər və s daxildir. Alınan böyük məbləğdə pulun qarşısında saqqız və ya şokolad sizə çox ucuz görünə və ondan bir neçə dənə ala bilərsiniz. Supermarketin son şansı sizi pulu xərcləməyə məcbur etməkdir.
Gülnar Əliyeva
-
Magazin120:12
Natavan Həbibi bacısını axtarır
-
Cənubi Qafqaz20:00
Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdılar - VİDEO
-
Nəqliyyat19:48
Sürücülər cərimələnməmək üçün görün hansı təhlükəli üsula əl atırlar - VİDEO
-
Sosial18:36
Sakinlərin NƏZƏRİNƏ: bəzi ərazilərdə işıq olmayacaq
-
Magazin118:24
Aynişan yenidən ora getmək istəyir - FOTO
-
Nida Xəbər 15:20
Qarayaxma kampaniyası aparanlara Prezidentdən CAVAB
-
MDB14:35
Rusiyadan “Taliban”la bağlı vacib QƏRAR
-
Magazin214:15
Üç ay öncə ana olan Heyli Biber formada olduğunu göstərdi - FOTO