Bilgi.az
Hitlerin arvadı yəhudi olub - Fotolar
İkinci Dünya Müharibəsinin sonlarında Alman faşist lideri və Yeva Braun birlikdə bunkerdə intihar ediblər. Xanım Braun Hitlerin 12 illik sevgilisi və ömrünün son iki günündə 40 saatlıq arvadı olub.
Görünür, uzun müddət bir yerdə olmalarına baxmayaraq, Yeva əhəmiyyətli ailə sirrini Fürerdən gizlədə bilib.
Müharibədə milyonlarla yəhudini məhv etmiş insan əslində özü də bilmədən yəhudi əsilli qadını sevib.
Xarici mətbuatdan verilən xəbərə görə, Yevaya məxsus darağın üzərindən götürülmüş saçın DNK analizi zamanı onun ana tərəfdən yəhudi olması faktı təsdiqlənib.
Alimlər Hitlerin dağlıq sığınacaq yaşayış evində Braunun istifadə etdiyi darağın üzərindən götürülmüş nümunələrdən sonra bu qənaətə gəlib. Hitler Yeva ilə ilk tanış olduğu vaxtda onu Alp dağlarındakı iqamətgahında saxlayıb. Test nümunələri Yeva Braunun yəhudi cəmiyyətinin 80%-i təşkil edən Əşkinazi yəhudisi olduğunu sübut edir. Almaniyada yaşayan bir çox Əşkinazi yəhudiləri 19-cu əsrdə katolik dinini qəbul ediblər.
Yevanın yəhudi olma faktını sübut etmək üçün onun iki qohumundan da DNT analizi götürülməsi tələb olunub, lakin qohumları razı olmayıb.
Camalə
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi