Bilgi.az
Növbəti "Cin çıxarma“ əməliyyatı uğursuz oldu - 2 ölü
Övladlarının vücudundan "cin çıxarmağa" çalışan ana 1 və 2 yaşlı uşaqlarını bıçaqlayaraq qətlə yetirib.
ABŞ-da yaşanan qorxunc olay ölkəni şoka salıb. Övladlarının vücudundan "cin çıxarmağa" çalışan ana 1 və 2 yaşlı uşaqlarını bıçaqlayaraq qətlə yetirib, iki övladını da ağır yaralayıb.
Milli.az bildirir ki, olay ABŞ-ın Merilend ştatındakı Cermantaun şəhərində yaşanıb.28 yaşlı Zakeya Letris Eyveri 1,2, 5 və 8 yaşlı dörd övladının vücudlarına "cinlərin yerləşdiyi"ni düşünürdü. O, ekzorsizm, yəni "cin çıxarma" ayini keçirmək qərarına gəlib.
Bu "ayin" zamanı 1 yaşlı Norel Harris və onun 2 yaşlı bacısı Zyana Harris aldıqları bıçaq zərbələri nəticəsində həlak olublar.
5 yaşlı Tanya və 8 yaşlı Martello Harrislər isə çox ağır bıçaq yaraları ilə xəstəxanaya aparılıblar.Zakeya Letris Eyveriyə "cin çıxarma ayini"ndə rəfiqəsi, 21 yaşlı Monifa Denis Senfordun yardım etdiyi deyilir.
Polis qatil ana ilə onun rəfiqəsini həbs edib.Uşaqlar gecə saatlarında, otaqlarında yatanda qətlə yetiriliblər."Övladlarımın davranışında çox ciddi dəyişikliklər vardı. Onlar sürəkli qışqırır, bağırırdılar. Əmin oldum ki, balalarımın vücudlarına cinlər yerləşib. Həmin cinləri çıxarmaq istədim. Alınmadı", - Zakeya Letris Eyveri polisdə verdiyi ifadəsində bildirib.
Polisi dəhşətli olayın yaşandığı evə qonşular çağırıblar.Zakeya Eyverinin qaynanası Silviya Ueyd The Washington Post-a verdiyi açıqlamasında deyib: "Gəlinim normal, sakit, təvazökar və səmimi insan idi. Onun belə davranmasının səbəbini bilmirəm. Düşünürəm ki, o, övladlarını öldürəndə ağlı başında olmayıb. Cin elə gəlinimin vücuduna yerləşibmiş".
Zakeya Letris Eyverinin 4 övladının atası qadının sabiq məşuqu, 30 yaşlı filadelfiyalı Harrisdir.Harris indi Los-Anceles şəhərində yaşayır.
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu
-
Sosial00:45
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
-
Qoroskop00:30
Günün ULDUZ FALI: ciddi məsələlərə toxunmaq olar
-
Magazin200:15
“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO