Bu gün Ermənistan yenidən QARIŞACAQ
Bizi izləyin

Avropa

Bu gün Ermənistan yenidən QARIŞACAQ

Bu gün səhər saat 10:00-dan etibarən Ermənistanda etiraz aksiyaları keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə "Tavuş Vətən uğrunda" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan bildirib.

O, Ermənistanın tələbələrinə, ali təhsil müəssisələrinə, iş adamlarına bununla bağlı müraciət edib. Eyni zamanda heç bir aqressiya olmadan, yalnız bir neçə gün onlara dəstək verməyə çağırıb. “Bölgələrimizin sakinlərinə müraciət edirəm: - bu gecə geri qayıdın”, - o deyib. "İnsanlar bunun belə bir şəkildə baş verməsini, hakimiyyəti şoka salmaq istəyirlər, bizə başqa seçim qoymadınız", - Qalstanyan əlavə edib.

"Tətilə başlayırıq. Mən vilayətlərin sakinlərini də etiraz aksiyalarına başlamağa çağırıram", - arxiyepiskop vətəndaşları hakimiyyətə qarşı mübarizəyə səsləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm