• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Abdulla Gülə şok sual: "Utanmırsınız?" – VİDEO

  • Maraqlı
  • 31 May 2014 11:32
  • 4 373 Baxış
Abdulla Gülə şok sual: "Utanmırsınız?" – VİDEO

Türkiyə prezidenti Abdulla Gül Harvard Universitetində qatıldığı toplantıda gözləmədiyi suallarla qarşılaşıb.

Publika.az daha öncə xəbər verdiyi kimi, Türkiyə prezidenti Abdulla Gülün oğlu Əmrə Harvardın bu il məzunu olub. Məzun günü ilə bağlı tədbirdən sonra prezident “Aktual Regionlar və Gələcəyə Baxış” adlı paneldə dinləyicilərin suallarını cavablandırıb. Harvard Tibb Fakültəsindən bir tələbənin “Türkiyədə insanlar öldüyü zaman siz necə yatırsınız axı?” sualı Gülü çətin vəziyyətdə qoyub.Tələbə sualı hər kəs anlasın deyə israrla ingiliscəyə tərcümə edilməsini istəyib. Həmin vaxt Gülün cangüdənlərindən biri tələbəyə “sən insan deyilsən” deyə irad bildirib. Salonda əyləşən 150 nəfərdən çox dinləyiciyə sual tərcümə edildikdən sonra prezident Gül soyuqqanlılığını qoruyaraq sualı belə cavablandırıb:

“Dediyin sözlər düz deyil. Mənim yerimə başqası olsaydı, sənə bu sualı verməyə imkan verməzdi. Bu cür hadisələr başqa ölkələrdə də olur. “Gəzi” hadisələri xoş niyyətlə başladı. Daha sonra isə qanunsuz təşkilatlar tərəfindən idarə olunmağa başladı. Bütün bunlara baxmayaraq, əlbəttə ki, bunlar çox üzücü hadisələrdir”.

Amma Gülün cavabından narazı qalan tələbə daha sərt çıxış edib:

“Bildiyiniz kimi, indi “Gəzi” hadisəsinin ildönümüdür. Keçən il Nobel mükafatlı həmkarlarımızla “Science” (Elm) jurnalında bir məqalə yayımladıq. Başıçısı olduğunuz dövlətdə bu hadisələr zamanı 8 nəfər öldürülür, 90 insan yaralanır və onlardan 9-u gözünü itirib. Eyni zamanda minlərlə insanı bibər qazında boğduğunuz üçün biz etiraz etdik. Ancaq Türkiyədə şiddət hələ də davam edir. Gündə 3 qadın öldürülür. 4 nəfər iş qəzalarında qətlə yetirilir. “Roboski” qətliamında sizin başında olduğunuz ordu 34 nəfər öldürdü. Onlardan 17-si uşaq idi. Siz Ankarada yaşayırsınız. “Qızılay”da Əthəm Sarısülük başından güllə ilə vurularaq öldürülür və qatili hələ də azadlıqdadır. Siz bu cür dövlətin başçısı olmağa utanmırsınızmı? Gecələri necə yatırsınız? Bərkin Əlvan 14 yaşında idi. Sizin Baş naziriniz 14 yaşındakı uşağa terrorçu deyir. Lütfən, sualım tərcümə edilsin”.

Heç kim sənə bu cür sual vermək hüququ verə bilməz

Prezident Gülün israrından sonar sual tərcümə edilir. Abdulla Gül isə tələbəyə “indi sən mənə yaxşı qulaq as. Heç kim sənə bu cür sual vermək hüququ verə bilməz” deyə cavab verir.

Bu cavabdan da narazı qalan tələbə “bu cür suala görə Türkiyədə məni döyərdilər” deyərək yerinə əyləşib.

Vusal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR