Bilgi.az
Qladiatorların “azadlıq qılınc”ı Rudis – Fotolar
Qədim Romada qladiator döyüşləri çox məşhur idi. Elə bilirsiniz, qladiatorların hamısı kölə idi? Xeyr, onların arasında azad vətəndaşlar da vardı.
Əksər hallarda qladiator ömrü uzun olmurdu. Bir, uzağı iki döyüşdən sonra qəhrəman həlak olurdu. Amma onların arasında döyüşdən sağ-salamat çıxmış onlarla döyüşçü də olurdu. Tamaşaçıların rəğbətini qazana bilmiş döyüşçüyə sonda təntənəli surətdə Rudis adlanan taxta qılınc təqdim edilirdi. Qladiatorlar onu “azadlıq qılıncı“ adlandırırdılar. Rudisə yiyələnmək şərəfinə nail olan qladiator köləlikdən qurtulub azad vətəndaş statusu alırdı. Bu qladiatorlara “rudiari” deyirdilər.
Onlardan bəziləri haqda məlumatlar dövrümüzədək gəlib çıxıb. Məsələn, Pompey şəhərindən olan Qəddar Publi adlı “rudiari” 50 döyüşdə qələbə qazanmışdı. Suriyalı Flamma adlı məşhur qladiator isə azadlıq əldə edəndən sonra da Kolizeydə müqavilə ilə ölüm-dirim savaşına çıxırdı.
Yüzlərlə döyüşçü suriyalının qılıncından həyatını itirmişdi. Flamma 38 döyüşdə qalib gəldi. Sonuncu döyüşdə həlak olanda onun 30 yaşı vardı.
Veyan adlı qladiator isə Rudis qılıncı alanadək 32 döyüşdə qalib olmuşdu. Qeyd edək ki, döyüşlərdə qalib olan kölələrə belə, pul mükafatı verilirdi. Odur ki, 24 yaşında köləlikdən azad olan Veyan bir daha döyüşmədi, ailə qurub ömrünün sonunadək firavan yaşadı. Çöxsaylı döyüşlərdən əldə etdiyi pula torpaq alıb təsərrüfatıyla dolandı.
İlqar Atabəyli
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR