Bilgi.az
Amerika məktəbliləri geylərin tarixini öyrənəcək
ABŞ-ın Koliforniya ştatının məktəbliləri tezliklə mavilərin və lesbiyanların tarixi haqda məktəb proqramı keçəcəklər.
Bu dərsdə məktəblilər Amerikanın məşhur geylərinin ölkənin həyatında, elmdə və digər sahələrdə əldə etdikləri nailiyyətlər haqda məlumat alacaqlar.
Publika.az "Slate.fr" qəzetinə istinadən xəbər verir ki, ştatın qanunverici orqanı bu haqda hələ 2011-ci ildə qanun layihəsi qəbul edib. Qarşıdakı illərdə bu layihənin ABŞ-ın bütün ştatlarında qəbul olunacağı gözlənilir.
Bu məqsədlə 2015-ci ilədək məktəb kitablarında dəyişikliklər ediləcək. Məsələn, tarix dərsliklərinə 1969-cu ildə Stunvoldakı baş verən iğtişaslar haqda da məlumat yerləşdiriləcək. Həmin vaxt polis geylərin barına basqın etmiş və bundan sonra şəhərdə ictimai asayiş xeyli müddətə pozulmuşdu.
Eyni zamanda, dərslərdə afroamerikalıların hüquqları uğrunda mübarizə aparmış qaradərili Bayard Rastinin gey olduğu xüsusi vurğulanacaq.
Kaliforniya nümunəsini Fransa da tətbiq edəcək. Çoxlari hesab edir ki, bununla cəmiyyətdə homofobiyaya son qoymaq olar.
İlqar
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO