Yatdığı yerdə göstərildiyi üçün 10 milyon istədi
Bizi izləyin

Bilgi.az

Yatdığı yerdə göstərildiyi üçün 10 milyon istədi

"New York Yankees" beysbol komandasının azarkeşi oyun zamanı onu yatarkən çəkib, təhqiramiz sözlərin müşayiəti ilə göstərən “ESPN” kabel kanalıdan 10 milyon dollar təzminat istəyib.

Publika.az-ın məlumatına görə, Endryu Robert Rektor Bronks ali məhkəməsinə “ESPN”in oyun şərhçiləri Den Şulman və Djon Kruka qarşı iddia ərizəsi göndərib. Rektorun bildirdiyinə görə canlı yayımda şərhçilər onu “gombul” və “axmaq” adlandırmaqla təhqir ediblər.

İddiaçının ərizəsində bildirilir ki, 13 aprel onun komandası ilə “Boston Red Soks” arasında gedən oyunda həqiqətəndə o “bir müddətlik” yuxuya gedib. Bu zaman şərhçilər onu görən kimi “bunu milyonlarla insanın eşidəcəyini bilərək” üzərinə "şifahi xaç yürüşü" ediblər.

Bundan əlavə iddiaçının bildirdiyinə görə eyni təhqiredici sözlər növbəti gün Əsas Basketbol Liqasının (MLB) rəsmi saytında da dərc edilərək onun hüquqlarına toxunulub. Qəsdən təhqir edildiyini iddia edən Rektor “emosional pozğunluq” yaşadığını deyib.

Qeyd edək ki, iddia ESPN ilə yanaşı, həmçinin beysbol liqası və "New York Yankees" komandasına qarşı yönəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm