• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

10 yaşlı uşaq: “Mən planşetsiz dözərəm, ancaq əsgər zirehsiz ölər”

  • Maraqlı
  • 22 Avqust 2014 17:22
  • 649 Baxış
10 yaşlı uşaq: “Mən planşetsiz dözərəm, ancaq əsgər zirehsiz ölər”

Lvov sakini olan 10 yaşlı uşaq Ukrayna ordusunun hesabına pul köçürüb.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Taras Karatko hərbçilərə 130 qrivna həcmində yardım edib.

10 yaşlı uşaq ad günündə qohumları tərəfindən ona verilmiş pulu ordu üçün yardım kompaniyası keçirən yerli radioşirkətin redaksiyasına gətirib.

Taras deyib ki, ad gününə verilən pulla planşet almaq istəyirmiş , ancaq sonradan fikrini dəyişib: "Mən planşetsiz keçinərəm, ancaq əsgərlər zirehli geyim olmasa, ölərlər. Əsgər olmasa, Ukraynanı kim qoruyar? Ukrayna yoxdursa, planşet də mənə heç lazım deyil".

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR