“Google” valideynlərə kompensasiya ödəyəcək
Bizi izləyin

Bilgi.az

“Google” valideynlərə kompensasiya ödəyəcək

"Google" şirkəti valideynlərə 19 milyon dollar müavinət ödəyəcək.

Xarici mətbuatın verdiyi xəbərə görə, "Google Play" internet mağazası ilə valideynlərinin razılığı olmadan alış-veriş edən uşaqların valideynlərinə pul ödəyəcək.

ABŞ-ın Federal Ticarət Komissiyasının nümayəndəsi Edit Ramires telefon texnologiyası dövründə şirkətlərə istifadəçi hüququnun vacibliyi haqda danışıb və valideynlərin razılığı olmadan alınan əşyaları satmağın qadağan olduğunu deyib.

"Google Play" valideynlərə uşaqlarının icazəsiz aldığı əşyalara görə 0,99 dollardan 200 dollaradək müavinət ödəyə bilər.

Xatırladaq ki, uşaqlar daha çox internet oyunlarında valideynlərinin razılığı olmadan onlayn əşyalar alırlar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm