Araq pişiyin həyatını xilas etdi
Bizi izləyin

Bilgi.az

Araq pişiyin həyatını xilas etdi

Böyük Britaniyanın Yorkşir şəhər baytarları ev pişiyinin həyatını xilas etmək üçün ona araq içiriblər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, küçədə xuliqanlar pişiyin üzərinə antifriz töküblər. Həkimlər pişiyin həyatını xilas etmək üçün onun sahibinə məsləhət görüblər ki, ev heyvanına araq içirsin. Maraqlıdır ki, müalicə üsulu öz effektini göstərib.

Missi adlı pişiyin sahibi tövsiyə edilən müalicə üsuluna təəccüblənsə də, həkimlərin məsləhətinə qulaq asıb.

Pişiyin sahibi deyib: "Missi sərxoş oldu. İki gün ərzində ev heyvanına yarım litr araq içirdilər. O, özünə gəlməyə çalışırdı, lakin yenidən yıxılırdı. Özünü tarazlaya bilmirdi, ağzı açıq qalırdı".

Araqla müalicə üsulundan sonra pişik tamamilə sağalaraq klinikadan evə buraxılıb.

Həkimin dediyinə görə, spirtli içkinin tərkibində olan etanol toksik zəhərlənməyə qarşı ən yaxşı müalicə vasitəsidir. Həkim həmçinin bildirib ki, antifriz pişikkimilər ailəsi üçün ölümcül təhlükə hesab olunur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm