Məhəmməd adı Britaniyada yenə ilk yerdədir
Bizi izləyin

Bilgi.az

Məhəmməd adı Britaniyada yenə ilk yerdədir

Bu il yenə də Böyük Britaniyada yeni doğulan uşaqlara qoyulan ən populyar ad Məhəmməddir.

Publuka.az xəbər verir ki, bu haqda İngiltərədə dünyada ilk dəfə hamilə qadınlar üçün yaradılmış portal –" Babycentre" məlumat yayıb.

Məhəmməd adı Britaniyada ənənəvi populyar olan Oliver, Cek, Noy, Harri, Çarli və Ceyms kimi adları qabaqlayaraq ilk yeri tutub.

"The Mirror" qəzetnin şef-redaktoru Saru Redşou isə deyib ki, Məhəmməd adını ərəb əsilli ailələr ilk uşaqlarına verirlər: "Müsəlman adlarının populyarlığı Britaniyanın çoxmədəniyyətli ölkə olduğuna dəlalət edir".

Xəbər verilir ki, Ömər, Əli, İbrahim adı da Britaniyada populyarlaşıb.

Qadın adlarına gəlincə, ilk yerləri Sofi, Emili və Lili tutub. Bununla belə, reytinq cədvəlində Məryəm və Nur kimi müsəlman qadın adları da yer tutub.

Məryəm 29-cu, Nur 3-ci pillədə qərarlaşıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm