ŞOK: İŞİD Dəccalı tapdı - VİDEO, FOTO
Bizi izləyin

Bilgi.az

ŞOK: İŞİD Dəccalı tapdı - VİDEO, FOTO

İŞİD sosial şəbəkələrdə daha bir video yayıb. Amma budəfəki videoda qruplaşma nə baş kəsib, nə də göz çıxarıb. Bu dəfə İŞİD Dəccalı tapdığını bəyan edib.

Publika.az xəbər verir ki, İŞİD sosial mediada yaydığı görüntülərdə təkgözlü doğulan körpənin Əl-Məsih Dəccal olduğunu iddia edib.

Bəzi media qurumları bunu İŞİD-in növbəti təbliğat metodu kimi dəyərləndirib. İddia olunur ki, İŞİD bundan istifadə edərək, mübarizələrində haqlı olduqlarını sübut etməyə çalışaraq öz səralarını genişləndirmək niyyətindədir.

Bəs Dəccal kimdir?

İslam inancına görə, qiyamətə yaxın İsa Məsihin yer üzünə enməsindən öncə peydah olacaq bir kişinin adıdır. Ona əsasən yəhudilər itaət edəcəklər. Onun zühur etməsi qiyamətin əlamətlərindən hesab olunur. O zühur edən zaman özü ilə bir çox fitnələr gətirəcək ki, bu da imanı zəif olanlara təsir edəcəkdir. Onun səbəbi ilə – Allahın qoruduğu kimsələrdən başqa – bir çox insanlar həlak ola bilərlər. Onun vəsfinə gəlincə, o kafir, təkgözlü, fitnəkar, insanları fitnəyə salan, onları müxtəlif vasitələrlə dinlərindən yayındıran kişidir. Onun fitnəsi çox böyük, zərəri hədsizdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm