Hansı metroda öpüşmək olmaz? - Turistlər üçün yaddaş kitabçası
Bizi izləyin

Bilgi.az

Hansı metroda öpüşmək olmaz? - Turistlər üçün yaddaş kitabçası

Qanunu bilməmək insanı məsuliyyətdən azad etmir. Elə ölkələr var ki, orada polis bölməsinə düşmək üçün meydanda quşları yemləmək, saat 23:00-dan sonra duş qəbul etmək və çimərlikdə öpüşmək kifayətdir.

Publika.az müxtəlif ölkələrdə qarşılaşa biləcəyiniz qeyri-adi cərimələri təqdim edir.

Saqqız

Cərimələr şəhəri olan Sinqapurda saqqız çeynəmək olmaz. Ən əsası, saqqızı çeynəyib yerə tüpürmək qəti qadağandır.

Saqqızın daşınması, istifadəsi və ya satışına görə siz 500 sinqapur dolları ilə cərimələnə bilərsiniz. Bu, metroda yemək yeməyə və yolu qırmızı işıqda keçməyə görə cərimənin məbləğinə bərabərdir.

Saqqıza qoyulan qadağa 1992-ci ildən qüvvədədir: bununla da hökumət liftlərin, asfaltın və küçələrin zibillənməsinin qarşısını alır.

Şokolad-yumurta

ABŞ-da artıq uzun illərdir kinder-sürprizlərə qadağa qoyulub: onları ölkəyə gətirmək və istifadə etməyə görə 300 dollar cərimə nəzərdə tutulur. Uşaqlarına kinderalan ata-analar isə valideyn hüququndan məhrum ola bilərlər. Qanunvericiliyə əsasən, qida məhsullarının içində yad cisimlər ola bilməz. Şokolad yumurtanın içərisindəki kiçik detallar isə uşaqların sağlamlığına ziyandır.

Amerika sərhəd gömrük komitəsi əlinizdə kinder-sürpriz görərsə, sizi mütləq cərimələyəcək.

Öpüş

2013-cü ilin payız aylarından etibarən Vyana şəhərində metroda öpüşməyə qadağa qoyulub. Yeraltı nəqliyyatda, öpüşmək, yemək yemək, musiqiyə qulaqsızlıq qulaq asmağa görə 50 avro civarında cərimələnə bilərsiniz. Şəhər icra hakimiyyəti bütün nəqliyyat vasitələrində öpüşə qadağa qoymaq niyyətindədir.

Öpüşmək, demək olar ki, bir çox müsəlman ölkələrində də qadağandır. Buraya Hindistan, Ərəb Əmirliyi və Malayziya da daxildir. İndoneziyada küçədə öpüşməyə görə 300 milyon rupi cərimələnə və ya 10 il azadlıqdan məhrum oluna bilərsiniz.

Romantik ölkə hesab edilən Fransada və Krımda da öpüşmək qadağandır.

Sakitlik

Turistlər axşam əyləncələrini sevir. Lakin bəzi yerlərdə bu, qadağandır. Bəzi ölkələr var ki, axşam saatlarında ucadan oxumaq, musiqi alətində ifa etmək və televizora yüksək səslə qulaq asmağa görə cərimələnə bilərsiniz.

Məsələn, Türkmənistanda saat 23:00-dan səhər 7:00-a kimi sakitliyə riayət etmək vacibdir.

Almaniyada isə saat 22:00-dan 6:00-a kimi sakitliyə riayət olunmalıdır. Həmin saatlarda duş qəbul etmək də sizi polislə qarşı-qarşıya qoya bilər. Cərimə isə 10 min avrodur.

Yükdaşıma

Hər ölkənin özünəməxsus gömrük qaydaları var. Məsələn, Nigeriyaya qazlı və mineral su, pivə və diş pastası gətirmək olmaz. Avstraliyaya isə süd məhsulları, yumurta tərkibli məhsullar, ət və ət məhsulları, toxum, təzə meyvə və tərəvəzlər, torpaq və qum, biomateriallar və çiy balıq gətirmək olmaz. Çantanızdan sadalanan məhsullardan hər hansı biri tapılarsa, siz 250-1800 Avstraliya dolları civarında cərimələnə və ya 10 il azadlıqdan məhrum edilə bilərsiniz.

Bayraq və çirkli pullar

Pulun üzərində kralın şəkili varsa, onunla ehtiyatlı davranmaq lazımdır. Ona görə də, Tailandda pulu tapdalamaq, əzmək, cırmaq və korlamaq olmaz. Kral və ailəsinin fotosu olan qəzet və jurnalları da həmçinin korlamaq olmaz. Pulları arxa cibə qoymaq da kral ailəsinə qarşı təhqir hesab olunur.

Bayraqla ehtiyatlı davranmaq isə bir çox ölkələrin qanunvericiliyində var. Məsələn, İtaliyada bayrağa qarşı edilmiş təhqirə görə 1000-5000 avro dəyərində cərimə oluna bilərsiniz.

Heyvanları yemləmək olmaz

Heyvanları yemləməyə görə də cərimə tətbiq olunub. Tanzaniyanın milli parkında növündən asılı olmayaraq heç bir heyvanı yemləmək olmaz. Tailandda fillərə yemək vermək qadağandır. Çünki turistlər fillərə banan və şirniyyat verdiyi üçün heyvanlar buna alışır və onların həzm sistemi korlanır. Buna görə siz 310 dollar cərimə edilməklə, 6 ay azadlıqdan məhrum ola bilərsiniz.

Venesiya, Florensiya, Cenevrə, Paris, London, Helsinki kimi bir sıra şəhərlərin küçələrində göyərçinləri yemləmək olmaz. Çünki quşlar sonra tarixi binaları murdarlayırlar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm