• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Rotşildlər İngiltərənin sərvətinə necə sahib oldu?

  • Maraqlı
  • 6 Yanvar 2015 10:00
  • 2 210 Baxış
Rotşildlər İngiltərənin sərvətinə necə sahib oldu?

Rotşildlər ailəsi katolik kilsəsinin zülmündən Amerikaya qaçmış protestant ingilislərin qurduğu, iblisin əmrində olan "İllüminati" ordenin piramidasının ən yüksək zirvəsində dayanır. Təhlükəli, gizli təşkilat və təriqətlərlə əlaqəli olan Rotşildlər dünyanı idarə edən ailələrdəndir.

Bu ailənin adı nə "Forbes" jurnalının tərtib etdiyi "İlin zənginləri" bölümündə yer alır, nə də dünya kübar cəmiyyətinin hazırladığı partilərdə keçir. Lakin buna baxmayaraq, bir çox ölkənin diplomatları Rotşildlər ailəsinın adını eşitdikdə təlaş keçirir, təşvişə düşürlər. Çünki bu ailə dünya tarixi səhnəsində 1590-cı ildən mövcuddur. Dünya bu yəhudi ailənin gizli fəaliyyətləri nəticəsində bugünkü şəklə düşüb. Maraqlı məqam ondadır ki, hələ də bəziləri Rotşildlərin əlindəki siyasi və iqtisadi gücdən bir o qədər də məlumatlı deyil. Onlar ailənin bu qədər gücə necə sahib olduğundan xəbərsizdir.

Rotşildlər 3-5 nəfərlik sadə ailə deyil. Hazırda bu ailənin 1000-1500 fərdi var. Və onların hər biri inkişaf etmiş, inkişaf etməkdə olan, eləcə də geridə qalmış ölkələrdə dərindən fəaliyyət göstərmək, bütün təsir rıçaqlarını əldə saxlamaq üçün həmin dövlətlərdə möhkəmləniblər. Rotşildlərin ən ümdə vəzifəsi dünyadakı hər bir siyasi və iqtisadi inkişafı sonda İsrailin maraqlarına uyğun tənzimləməkdir.

Rotşildlər 16-cı əsrdə İngiltərə krallarının yavərliyini (köməkçi, cangüdən) edən ailə kimi ortaya çıxıb. Kralın daxili və xarici siyasətini, qonşu ölkələrlə münasibətini məhz bu ailə müəyyənləşdirirdi. Bununla kifayətlənməyən Rotşildlər mərhələli şəkildə İngiltərə krallığının sərvətinin böyük bir hissəsinə yiyələnməyi bacarıb. Beləliklə də, ailə tarixdə ilk bankçılığın əsasını qoyub. Rotşildlər ingilis fermerlərə yüksək faizlə kredit verməklə təxminən, 50 il sonra İngiltərə krallığının ən varlı nümayəndələrinə çevrilir.

16-cı əsrin sonlarına yaxın Rotşildlər ailəsi Avropadakı bütün imperatorluqlarda söz sahibinə çevrildi. İngiltərədə etdiklərini artıq Avropanın dörd bir tərəfində təkrarlayırdılar. Ailənin fərdləri kredit verməklə sərvətlərini birə-beş artırmağa müvəffəq oldular. Lakin bu, Rotşildlərə kifayət etmədiyi üçün onlar iqtisadi gücün, ağlın və məntiqin sərhədlərini aşan daha qaranlıq üsula baş vurmağa qərar verdilər. Ailə dövlətləri müharibəyə sövq etməyə və sonradan həmin ölkələrə faizlə borc verməyə başladı. Rotşildlər bu üsuldan ilk dəfə İngiltərə-Fransa savaşında istifadə edib. Həmin dövrdə İngiltərənin müharibə aparması üçün kifayət qədər sərmayəsi yox idi. Odur ki, ailə krala kredit olaraq 38 ton qızıl verir. Sonda İngiltərə Fransaya məğlub olur və Rotşildlərin borcunu qaytara bilmir. Elə buna görə də İngiltərə Mərkəzi Bankı (Bank of England) kredit qarşılığında ailəyə təhvil verilir. Rotşildlər bu təklifə funt sterlinqin onlar tərəfindən çap edilməsi şərti ilə razılıq verirlər. Kral isə öz növbəsində, bu şərtlə razılaşmaq məcburiyyətində qalır. Beləliklə də, funt sterlinqin çapı ailəyə həvalə olunur. Bu isə İngiltərənin müstəqilliyinin satılması, Rotşildlərin krallığı tam şəkildə ələ alması deməkdir.

Ailənin fərdlərinin ən böyük cəhdi isə İngiltərə ilə Amerikadakı koloniyaların savaşı olub. Müharibə zamanı Rotşildlər gizli şəkildə Amerika koloniyalarına yardım etməyə başladı. Belə ki, Amerikanın İngiltərəyə qarşı dirəniş nümayiş etdirən döyüşçülərinə külli miqdarda silah göndərib. Ailə bu yolla İngiltərənin məğlubiyyətini təmin etməyə çalışıb. İstəyinə nail olan Rotşildlər əldə olunmuş razılaşmaya əsasən, yeni qurulan Amerika Birləşmiş Ştatlarının rəsmi pul vahidini - bu gün dünyanın hər yerində rast gəldiyimiz dolları çap etmək səlahiyyətini əldə edir.

Amerika ilə savaşda məğlub olan İngiltərə bu dəfə Fransaya müharibə elan edir. Krallıq Rotşildlərə güvənərək bu savaşa başlasa da, ailə gizli şəkildə Fransanı dəstəklədi. Rotşildlər bununla da Amerika kaloniyalarının müstəqilliyini tam şəkildə təmin etmiş oldu. Həmin dönəmdə İngiltərə birjası da qaynamağa başladı. Fürsətdən maksimum yararlanan Rotşildlər "İngilislər fransızlara qalib gələcək!" iddiasını ortaya ataraq İngiltərə xalqının hər şeyini birjaya qoymasına nail oldu. Bir müddət sonra isə İngiltərənin müharibədə məğlub olduğu bəlli oldu. Və bu, ailənin sərvətinin bir neçə dəfə artması ilə nəticələndi. Tarixdə "Qara Sentyabr" deyə xarakterizə edilən hadisə məhz budur. Həmin birja əməliyyatından sonra Rotşildlər ailəsi az qala İngiltərə dövlətinin bütün mülkiyyətini ələ keçirdi.

Bundan sonra Rotşildlər ailəsinin tək bir hədəfi qalmışdı. O da İsrail dövlətinin qurulmasıydı. Lakin buna əngəl olan Osmanlı sultanlığı vardı. Odur ki, təcili surətdə hərəkətə keçən Rotşildlər ailəsi Osmanlı ilə həmsərhəd olan dövlətlərə maliyyə yardımı edərək onların sultanlıqla münasibətlərini korlamağa başladı. Beləcə, yalanlara, intriqalara aldanan qonşu dövlətlər Osmanlını hərbi və iqtisadi güc olaraq xeyli zəiflətdilər. Bir müddət sonra isə Osmanlı sultanlığı Rotşildlər ailəsinin sahibi olduğu "Bank of England"ə borclandı. Yaranmış vəziyyətdən bəhrələnərək maraqlarını reallaşdırmağa can atan Rotşildlər ikinci Əbdülhəmidin zamanında Osmanlıya bir təkliflə müraciət edir. Sultanla görüşən Lord Baron Rotşild Qüds şəhərinin, Fələstinin, Suriyanın və Cənub-Şərqi Anadolu bölgəsinin yeni qurulacaq yəhudi dövlətinə verilməsi qarşılığında Osmanlının bütün xarici borclarının silinəcəyini və Balkanlarda, eləcə də Afrikada itirdikləri torpaqları geri qaytarılacağını vəd edib. Lakin ikinci Əbdülhəmid bu təklifi eşidər-eşitməz onu rədd edib. Məhz bundan sonra Birinci Dünya müharibəsi üçün hazırlıqlara başlanıldı, ərəblərin bir neçə hissəyə parçalanması prosesi planlaşdırıldı. Son nəticədə Mustafa Kamal Atatürkün səyi ilə Osmanlı İmperatorluğunda Türkiyə Cumhuriyyəti quruldu. Eyni zamanda, İsrail dövlətinin qurulması da reallaşdı. Lakin ortada cavablandırılması vacib olan bir sual vardı: dağ və düzənliklərdən ibarət olan İsrail torpaqlarında kim yaşayacaqdı? Bunun üçün də dərhal Hitler Almaniyasının aktiv fəaliyyətilə İkinci Dünya müharibəsi təşkil edildi. Beləliklə, dünyanı idarə edən 13 ailədən (Astor, Bundi, Kollins, Düpont, Freeman, Habsburq, Lord, Morqan, Oppenheirmer, Rokfeller, Rotşildlər, Russel və Varburq) biri olan Rotşildlər yəhudi soyqırımı ilə yəhudilərin Fələstinə sürgün edilərək İsrail dövlətinin qurulmasına nail oldu.

Vazeh Bəhramoğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR