333 sual və 16 saat vaxt – qalib müəyyənləşəcək
Bizi izləyin

Bilgi.az

333 sual və 16 saat vaxt – qalib müəyyənləşəcək

Bakıda 10-11 yanvar tarixlərində "Kim? Harada? Nə vaxt?" oyunu üzrə II Bakı Marafonu keçiriləcək.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu ənənəvi tədbirin təşkilatçısı Qoruq İdarəsinin nəzdində fəaliyyət göstərən və Azərbaycan İntellektual Klublar Assosiasiyasının üzvü olan "İçərişəhər" intellektual oyunlar klubudur. Turnir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə baş tutacaq.

Turnir iştirakçıları dünyaca məşhur redaktorların 333 sualını cavablandırmalıdır. Oyun arasıkəsilmədən 16 saat ərzində davam edəcək. Sözügedən format beynəlxalq təcrübədə olduqca məşhurdur və bilicilər tərəfindən böyük rəğbətlə qarşılanır.

Qeyd edək ki, "Kim? Harada? Nə vaxt?" oyunu üzrə I Bakı Marafonu 2014-cü ilin əvvəllərində keçirilib. Həmin turnirin birinciliyini Balaş Qasımovun komandası qazanıb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm