• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Anasını tanımayan oğlanlar... – FOTOLAR+VİDEO

  • Maraqlı
  • 27 Yanvar 2015 15:05
  • 707 Baxış
Anasını tanımayan oğlanlar... – FOTOLAR+VİDEO

Peru televiziyasında yeni bir veriliş efirə buraxılıb. Realiti-şounun nəticələri isə çox maraqlı olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yoldan keçən qadınları fitə basıb ilişən oğlanlar bu dəfə analarının tələsinə düşüblər. Belə ki, evdən kənarda oğlunun tərbiyəsiz hərəkətindən xəbəri olmayan ana parik, makiyaj və geyimlə görkəmini dəyişib. Bundan sonra o, oğlunun yanından keçib.

Birinci epizodda qadın qısa, qara geyimdədir və küçədəcə oğlunun yanından keçir. Əlbəttə, oğlan qadını tanımadığı üçün ona əxlaqsız atmaca atır. Bunu eşidən ana geriyə qayıdaraq, küçənin ortasında oğlunu danlamağa başlayır. Oğul isə anasını Karinaya bənzətdiyinə görə söz atdığını deyərək bəraət qazanmaq istəyir. Lakin oğulun bu cavabından qadın daha da hiddətlənir.

Digər epizodda isə kök qadın yaşıl geyimdə oğlunun qarşısından keçir. Qarşısındakı qadının anası olmasından bixəbər olan oğlan onun arxasınca "donuz" deyərək sataşır. Bunu eşidən ana isə geri qayıdaraq başındakı pariki oğlunun üstünə atır və onu tənbeh etməyə başlayır. Oğlan iş başında olduğu üçün səs-küy salan anasını sakitləşdirməyə çalışır və o üzr istəməyə macal tapmamış qadın ərazidən uzaqlaşır.

Videonun sonunda isə deyilir: kişilər bilmədən analarına sataşmazdan öncə, digər qadınlara hörmət etməyi öyrənməlidir.

Həmçinin o da bildirilir ki, Perunun paytaxtında hər 10 qadından 7-si hər gün seksual təhqirə məruz qalır.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR