• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bu qadınların kişini əldə saxlamaq şansı çox azdır

  • Maraqlı
  • 12 Mart 2015 08:39
  • 792 Baxış
Bu qadınların kişini əldə saxlamaq şansı çox azdır

"Kişilər necə aşiq olur? Kişilər qadınlardan nə zaman soyuyur? Kişilər qadınlardan nə istəyir?" sualları ilə başını yoran, ürəyinə xal salan qadınlar üçün tövsiyələr hazırlamışıq.

1. Detallara və xırdalıqlara varmayın. Unutmayın ki, kişilərlə rəfiqəniz arasında fərq var. Kişilər çox zaman az danışıb qarşı tərəfin də anlayışlı olmasını gözləyirlər.

2. Təlaşa düşməyin, qalmaqal yaratmayın, özünüzü alçaltmayın. Sərt sözlərin zamanla aranızdakı hörmətin itməsinə səbəb olduğunu unutmayın.

3. Kişilər qadının təbii halından daha çox zövq alır və səmimi olduğunuzu düşünürlər.

5. Kişinin müstəqilliyini, sərbəstliyini məhdudlaşdırmayın. Anlayışlı və ağıllı qadın olun.

6. Dünyalar qədər sevdiyiniz kişini itirmək istəmirsinizsə, görüşə heç zaman yağlı saçlarla getməyin. Kişi yağlı saçları necə öpüb qoxlaya və oxşaya bilər axı?

7. Dırnaqlar səliqəli və baxımlı olmalıdır. Lakin qarğa caynaqları kişiyə sizin vəhşi və təhlükəli olduğunuz mesajını ötürür. Kişilər süni kirpik, süni dırnaq, süni saç və linzalardan istifadə edən xanımları həddindən ziyadə qeyri-səmimi hesab edirlər.

8. Yemək bişirməyi bacarmayan qadınların kişini əldə saxlamaq şansı çox azdır. Bu qüsuru aradan qaldırmaq üçün, ən əsası sevginizi qorumaq üçün sizə boş vaxtlarınızı mətbəxdə keçirməyi məsləhət görürük. Yeri gəlmişkən, tabloid.az-ın mətbəx bölməsindən dadlı reseptlərlə tanış ola bilərsiniz.

Kişi ovçudur və qidalanmaq onun işidir. Mətbəxə uzaq qadınlardan kişilər də uzaq olur.

9. Təkəbbürlü və özündən razı qadınlar kişilərin heç bir halda dözə bilmədiyi pis bir obrazdır.

10. Onu sevdiyinizi tez-tez təkrar etməyin, amma sevginizi ona hiss etdirin. Sizə olan bağlılığını möhkəmlətməkdə olduqca faydalıdır.

Sizi incitdiyiz zaman belə səhvini sərt şəkildə deyil, normal şəkildə ifadə edin. Kişinin qəlbini oğurlamaq üçün bu çox vacib məqamdır. Sadaladıqlarımız sizə əhəmiyyətsiz məlumat kimi görünməsin. Unutmayın ki, sevgi zəhmət, əziyyət və qayğı tələb edir. İnsan susuz yaşaya bilmədiyi kimi, sevgi də diqqət tələb edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR