• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ərinə sədaqəti onu məhv etdi: Məşhur aktrisanın həyat hekayəsi - FOTOLAR

  • Maraqlı
  • 14 Aprel 2015 22:37
  • 3 642 Baxış
Ərinə sədaqəti onu məhv etdi: Məşhur aktrisanın həyat hekayəsi - FOTOLAR

Vivyen Li və Lourens Olivye hər ikisi ingilis səhnəsinin əfsanəsidir. Onlar aktyorluq sənətinin sayəsində bir-biri ilə tanış olub seviblər. Elə aktyorluq sənəti də onların sevgisini məhv etdi...

Publika.az "Bizim tərcümə" layihəsində məşhur aktrisa Vivyen Linin acınacaqlı həyat hekayəsini təqdim edir.

Onlar 1934-cü ildə pərdə arxasında tanış oldular. Gənc aktrisa sevimli aktyoru ilə kəlmə kəsmək üçün səhnənin arxasına keçmişdi. 27 yaşlı Lourens Olivyenin tamaşalarını izləmək üçün tamaşaçılar zalda oturmaq üstündə mübarizə aparırdı. Olivye gənc və istedadlı aktyor olmaqla yanaşı həmçinin, yaraşıqlı idi. Tənqidçilər onu Britaniya səhnəsinin ən parlaq aktyoru olduğunu etiraf edirdi.

21 yaşlı Vivyen isə ekranlara bir-iki dəfə çıxan "böyük ümidlərlə" yaşayan aktrisa idi. O, monastırda qapalı məktəbi bitirdikdən sonra valideynlərinə səhnədə çıxış etmək istədiyini dedi. Valideynlər onun əleyhinə çıxış etmədi: onun Londonda İncəsənət Dram Akademiyasında oxuması üçün anası əlindən gələni etdi.

Lakin tezliklə gənc və qəmzəli Vi özündən 13 yaş böyük vəkillə tanış oldu. Vivyenin valideynləri və dostları gənc aktrisanın məhəbbətini yaşına görə uyğunsuz hesab edirdilər. Vəkil Herbert Li Holman isə iddia edərdi: "Teatrla bağlı olan insanları heç sevmirəm". Buna baxmayaraq, o, Vivyenin cazibəsi qarşısında tamamilə təslim olmuşdu. Vivyenin 19 yaşı olan kimi onlar 1932-ci ildə ailə həyatı qurdular.

Bir ildən sonra onların Süzanna adlı övladı dünyaya gəldi. Evdar qadın və ana olmaq Vivyeni yorurdu: bələk, qazan, nadinc uşaq... O, belə həyat arzu etmirdi... Vivyen ərinin ziddinə gedərək aktyorluq sənətinə qayıtdı. Lakin afişalarda Vivyen Holman adı heç də uğurlu görünmürdü. Vivyen qulağa tez yatan soyad istəyirdi. Beləcə, dünyaya Vivyen Li "gəldi".

Viv məşhur aktyorların çıxışında iştirak edər, onlardan aktyorluq sənətini öyrənərdi. Elə belə günlərin birində Vivyen pərdə arxasına keçərək Lourenslə tanış oldu. Bu tanışlıq bütün onun taleyini dəyişdi.

Olivye sonralar yazacağı memuarlarında qeyd edib ki, tünd saçlı Vivyen onun ünvanına deyilən xoş sözlər və vidalaşarkən yanağından öpməsi ilə fəth edib. Olivye bu öpüşü uzun müddət unuda bilməyib... Ən əsası isə Vivyen özünün iştirakı ilə baş tutacaq tamaşaya Olivyeni də dəvət etdi.

Gənc aktrisanın tamaşasını izləyən Olivye həqiqətən də, təsirləndi. Vivyen tamaşada özünün məsum insan kimi göstərən küçə qadını obrazını oynayırdı. Vivyen üz mimikaları ilə cilddən cildə daxil ola bilirdi. Əslində isə aktrisanın dəyişkən psixologiyası obrazlarını tez-tez dəyişməyə imkan verirdi. Tamaşanı psixoloq izləsəydi qızın qəlb düşkünlüyü yaşadığını zənn edərdi. Olivye isə gənc qızda daha çox istedad, bədən forması və qeyri-adi gözlərini görürdü.

Onların hər ikisi evli idi və uşaqları da vardı. Lakin həmin gecə hər şey aydın oldu: onlar mütləq bir-biri ilə evlənməlidirlər. Bir müddət Vivyen və Lourens hisslərini gizlətmək üçün dost adından istifadə etməyə başladılar. Onların kafedə əyləşib söhbətləşməsi və ya tamaşadan sonra bir yerdə olması görənlərin nəzərindən qaçmadı. 1936-cı ildə Olivye və Li "İngiltərə üzərində alov" adlı tarixi səhnədə baş rol aldılar. Kamera qarşısında sevgililər olan Vivyen və Olivye, kamera arxasında da sevgililərə çevrildilər.

Lourensin arvadı isə həmin vaxtlarda təzəcə ana olmuşdu. Cill Esmond ərindən başqa qadına aşiq olduğunu və ailəni tərk etmək istədiyini eşidəndə şoka düşdü.

Cill boşanma ərizəsinə imza atmayacağını bəyan etdi. Çünki qadın ümid edirdi ki, tezliklə ərinin ağlı başına gələcək və Lourens evə qayıdacaq. Vivyen Linin əri də rəsmi boşanmaya razı deyildi. Qızları Süzanna atası ilə qalmalı idi. Başı tamaşa və sevgilisinə qarışan Vivyen çətin ki, qızına vaxt ayıra bilərdi. Çox sonralar Süzanna anasını belə xatırlayırdı: o, anasının aristokratik gözəlliyi və davranışları qarşısında heyran idi. O, başı iş, dost və ərinə qarışdığı üçün anasına eyni zamanda nifrət edirdi.

Heç nəyə baxmadan, Vivyen və Lourens bir yerdə yaşamağa başladılar. Bu qalmaqallı həyat tərzi vivyenin xeyrinə işlədi: Onun adı mətbuatda daha çox hallanmağa başlandı və rejissorlar ona diqqət ayırdı.

1938-ci ildə Lourens Amerikanı fəth etmək üçün vətənini tərk etdi. Vivyen isə Lourenssiz qala bilmədiyi üçün onun arxasınca okeanı üzüb keçməli oldu. Həmin vaxtlarda Hollivudda Marqaret Mitçelin "Küləklə sovrulanlar" filminin kastinqi keçirilirdi. Ekranlaşdırlacaq filmin rejissoru Devid Selznik Skarlett obrazı üçün uyğun aktrisa tapa bilmirdi. Təsadüfən ona Vivyenin Linin iştirakı ilə çəkilmiş filmlər göstərildi. Sleznik aktrisanı sınaqlara dəvət etdi...

Sleznik məşhur film üçün Skarlett obrazını Vivyendə gördü. Onun sözləri ilə desək "Vivyen əsil tünd atdır və yaraşıqlıdır". Vivyen Li günün 24 saatı kino çəkilişində olurdu. Vivyen kinoya olan nifrətini dostluq münasibətlərini qoruyub saxlayan keçmiş ərinə gileylənirdi.

Vivyen zəhmətinin bəhrəsini tezliklə gördü. Film ekranlara çıxdıqdan sonra klassikə çevrildi və aktrisa "Oskar" mükafatına layiq görüldü.

1940-cı ildə Lourensin arvadı boşanmağa qərar verdi. Vivyenin əri də bundan nümunə götürərək arvadı ilə rəsmi boşanmağa razılıq verdi. Həmin ilin avqust ayında Vivyen və Lourens nikaha daxil oldu. Toy məclisində cəmisi 2 nəfər iştirak edirdi.

Vivyen ərinə çox sadiq qadın idi. Onu bəlkə də, bu sədaqət məhv etdi. Çünki Vivyen ərinin sevgilisi olmaqla yanaşı, filmdə də onunla sevgili obrazlarını canlandırmaq istəyirdi. Nəticə də, Vivyen rollarını ard-arda itirməyə başladı.

Aktrisa gecə-gündüz çalışaraq əvvəlki şöhrətini qaytarmağa çalışırdı. Lakin Şimali Afrika sərgüzəştindən sonra Vivyen yüksək hərarət və öskürəkdən əziyyət çəkməyə başladı. Həkimlər Vivyenə xoşagəlməz diaqnoz qoydular: sol ağciyərin vərəmi.

"Sezar və Kleopatra" tamaşasına hazırlaşan Vivyen sağlamlığı və itirdiyi uşağa görə depressiyaya düşdü. Lourens ona necə kömək edəcəyini bilmirdi. Getdikcə Vivyen və Lourens münasibətləri də soyumağa başlayırdı. Bir dəfə, Vivyen ərinə hücum çəkərək təhqir etməyə başladı. Sonra isə döşəməyə yıxılaraq ağladı. Səhəri Vivyen etdiyi hərəkəti xatırlamadı. Lourensə hər şey aydın oldu: arvadı psixi cəhətdən sağlam deyil...

Həqiqətən də, Vivyendə manyakal-depressiv psixoz inkişaf edirdi. O, durduğu yerdə insanlar hücum çəkib ayaqqabısı ilə döyərdi. İş o həddə çatdı ki, tamaşalarda Vivyeni dublyorlar əvəz etməyə başladı. Vivyenin fikrincə, onun səhhəti üçün ən yaxşı dərman ərinin sevgisidir. Lakin Lourens getdikcə ona qarşı soyuq münasibət bəsləməyə başladı. Deyilənlərə görə, Lourens arvadının "Oskar" qazanmasını da qəbul edə bilmirdi.

Lourens və Vivyen rəsmən 1960-cı ildə boşandılar. 1961-ci ikdə Lourens gənc aktrisalardan biri ilə evləndi. Olivye onunla 1989-cu ildə ölənə kimi yaşadı.

Vivyen Li isə boşandıqdan sonra cəmisi 7 il yaşadı. O, var gücü ilə fiziki və mənəvi cəhətdən yorulana kimi teatr və kinoda çalışırdı. Çəkilişlərin birində onda yenidən tutma halı baş qaldırdı. Vivyen qəfildən çəkiliş meydanında olanları tanımadı və isterika qaldırıb üzərlərinə hücum çəkdi. Aktyorları isə keçmiş ərinin adı ilə çağıraraq onları təhqir etdi. Hətta deyilənə görə, bir dəfə o, təyyarənin qapısını açıb tullanmağa da cəhd edib.

Vivyen sonuncu dəfə 1966-cı ildə Çexovun "İvanov" pyesində çıxış etdi. O, vərəm xəstəsi olan Anna Petrovna obrazını oynayırdı. Özünün isə bu məqamlarda ağciyərləri sıradan çıxmışdı və vərəm xəstəsini çətinliklə oynayırdı.

Vivyen müalicə almaq istəmirdi. Ərinin onu tərk etməsi, tez-tez isterikalarının tutuması, övlad sahibi ola bilməməsi onu həyatdan usandırmışdı. Xəstəxanaya yerləşdirilməkdən imtina edən Vivyen 1967-ci ildə 53 yaşında vəfat etdi.

Tərcümə: Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR