Dünyanın ən qəribə, bahalı və maraqlı universitetləri
Bizi izləyin

Bilgi.az

Dünyanın ən qəribə, bahalı və maraqlı universitetləri

İllik təhsil haqqı 39.240 dollar olan universitetdə tələbələrə nə öyrədirlər?

Bir çoxları üçün xarici ölkələrdə təhsil bir çox cəhətlərinə görə Azərbaycandakından daha ucuz başa gəlir, imkanları daha çoxdur və sair.



Biz də mövzunun aktuallığını nəzərə alıb, bu sahədə kiçik dəqiqləşdirmələr apardıq. Ən bahalı universitetlər hansıdır, ən sərfəli tələbə şəhərciyi harda yerləşir və dünyanın ən qəribə dərslər keçilən universitetləri hansıdır, bu dərslərdə nədən bəhs olunur?


Dünyanın ən bahalı universitetində illik təhsil haqqı 39.240 dollardır



Amerikanın dünyaca məşhur “Forbes” jurnalı planetin ən bahalı universitetlərinin siyahısını açıqlayıb. Jurnalın redaksiya məqaləsində qeyd edilir ki, “oxucuların çoxu təəccüblənə bilər, çünki sözügedən siyahıya ABŞ-ın Harvard, Priston və Yel, nə Britaniyanın Oksford və Kembric kimi universitetlərinin adı daxil olunmayıb. Bunun da səbəbi var: siyahıda adı olan universitetlər ən yüksək ödəniş haqqı ilə onları geridə qoyub”.



Aşağıda sizə yerləşdiyi region üzrə dünyanın ən bahalı universitetləri siyahısında olan ali təhsil müəssisələrinin siyahısını təqdim edirik:



ABŞ


1. Corc Vaşinqton Universiteti (ABŞ, Kolumbiya). Təhsil haqqı - illik 39240 $. Bu, ABŞ-ın və dünyanın ən bahalı universitetidir (4 illik bakalavr tədrisi üzrə ali təhsil müəssisələri arasında). Universitet Ağ Ev və Dövlət Departamentinin yaxınlığında yerləşir.



2. Kenyon Kollecİ (ABŞ, Ohayo). Təhsil haqqı - illik 38140 $. Universitet adıçəkilən ştatda ən qədim özəl universitetdir. Adıçəkilən universitetdə 9 tələbəyə bir müəllim düşür, qrupda isə 15 nəfərdən az tələbə olur. ABŞ prezidenti Rateford Hays və aktyor Pol Nyumen bu universitetin məzunlarıdır.



3. Bucknell Universiteti (ABŞ, Pensilvaniya). 2007-2008-ci illərdə təhsil haqqı - illik 38134 $ təşkil edib. ABŞ-ın ən iri özəl universitetlərindən biri sayılır.



4. Vassar Kollec (ABŞ, Nyu-York). 2007-2008-ci illərdə təhsil haqqı - 38115 $. Burada 9 tələbəyə 1 müəllim düşür. Demək olar ki, bütün tələbələr universitetin kampus ərazisində yaşayır. Tələbələr diplom almaq üçün minimum bir xarici dili mükəmməl öyrənməlidirlər.



5. Sarah Lawrence Kollec (ABŞ, Nyu-York). 2007-2008-ci tədris ili üçün illik ödəmə 38090 $ təşkil edib. Tələbələ-bakalavrların təxminən 75 faizi - xanımlardır. Burada 8 tələbəyə bir müəllim düşür.



Avropa

6. Paris Amerika Universiteti (Fransa, Paris). Təhsil haqqı - illik 34725 $ təşkil edir. Universitet Eyfel qülləsinin yaxınlığında yerləşir, tələbələrin təxminən üçdə biri amerikalılardı.



Avstraliya

7. Bond Universiteti (Qızıl sahil, Kvinslend). İllik təhsil haqqı 32900 $ təşkil edir. Dövlət tərəfindən maliyyələşmir. Tələbələrin yarısı xaricilərdir.



Kanada

8. Quest Universiteti (Kanada, Kolumbiyanın Britaniya əyaləti). İllik təhsil haqqı 23420 dollar. Bu universitet 2007-ci ilin sentyabrında açılıb və hələ ki Bachelor of Arts and Sciences (İncəsənət və təbiət elmləri) üzrə bakalavr pilləsini təklif edir.



Böyük Britaniya

9. Bukingem Universiteti (İngiltərə). Təhsil haqqı illik 15195 $. Böyük Britaniyanın yeganə tamamilə özəl universitetidir. Bakalavr dərəcəsini 2 il müddətinə almaq mümkündür.
Uzaq Şərq



10. Aoyama Gakuin University (Yaponiya, Tokio). İllik təhsil haqqı 11700-16100 $ təşkil edir. 1874-cü ildə metodistik episkopal kilsəsinin missionerləri tərəfindən təsis olunub.
Cənubi Amerika



“750 dollarlıq oyuncaq hazırlamaq üçün bir ilini fəda edən gənclər...



11. Instituto Tecnologico y de Estudios Superiores de Monterrey (Meksika). Təhsil haqqı 11210 $ dollar. Ölkənin ən prestijli və bahalı universitetlərindən biri olan bu universitet 1943-cü ildə Meksika biznesmenləri tərəfindən təsis olunub.



Sonda qeyd edək ki, “Forbes”in bu siyahısı ABŞ-ın The Chronicle of Higher Educatione nəşrinə istinadən hazırlanıb. Adıçəkilən nəşr ali təhsil sahəsində akademik ictimaiyyət üçün xəbərlər və digər məlumatları dərc edir.

Paris ən yaxşı tələbə şəhəridir


Keçək tələbə şəhərlərinə. Ən yaxşı universitet deyib, keçmək olmur. Dünyanın ən yaxşı tələbə şəhərləri siyahısı da önəmlidir. “Quacquarelli Symonds” adlı ingilis xaricdə təhsil üçün məsləhət şirkəti hər il olduğu kimi bu ildə dünyanın ən yaxşı tələbə şəhərlərini müəyyən edib.



Siyahıda tələbələrin ilkin seçimləri Avropa universitetləri olub. Birinci yerdə isə Avropanın ən bahalı şəhərlərindən biri Parisdir. Tələbə həyatının ən gözəl yaşanacağı kimi göstərilən Paris bahalılığına rəğmən tələbələr tərəfindən ən çox seçilən şəhərdir.



Və yaşayış keyfiyyətinə görə də ən müvafiq qiymətlərin olduğu şəhərdir. Şəhəri birinci edən faktorlardan biri odur ki, bura mədəni zənginliyi ilə yanaşı, həm də dünyanın ən yaxşı universitetləri sırasına 17 universitetinin adını yazdıran şəhərdir.



Bakalavr və magistratura tələbələrinə 2013-2014 təhsil illəri nəzərə alınaraq hazırlanan siyahıda universitetləri reytinqi, beynəlxalq tələbə sayı, yaşayış keyfiyyəti, iş imkanları və təhsil ödənişləri olmaqla 5 kateqoriyada araşdırma aparıldı. Parisdən sınra siyahıda ikinci yeri İngiltərənin paytaxtı London tutub. 50 maddəlik siyahıdakı 3-cü yerdə olan şəhər isə Sinqapurdur.



Türk şəhərlərinin daxil olmadığı siyahıdakı dəyərləndirməyə girmə şərti budur ki, şəhər ən az 250 minlik əhalisi ilə bərabər, həm də “dünyanın ən yaxşı universitetləri” reytinqində adı olan ən az iki universitetə sahib olmalıdır.



Beləliklə növbəti şəhər Sidney universitetinin yerləşdiyi Sidney şəhəridir. Növbəti yerdə isə Sürix Dövlət Texnologiya Universitetinin yerləşdiyi İsveçrənin Sürix şəhəridir. Daha sonra isə Melbrun Universiteti ilə siyahıya düşən Melbrun şəhəridir. Siyahıda Honq-Konqşəhərinin eyniadlı universiteti də var.



ABŞ-ın Bentley Universiteti də sözügedən imkanlarına görə tələbələr arasında seçilib. Ludvig Maximillian Universiteti ilə Almaniyanın Münih şəhəri də siyahıya daxil olub.

Dünyanın ən yaxşı universiteti... son siyahıda Harvard imiş...



Dünyanın ən yaxşı 100 universiteti.... Bu siyahı isə zaman-zaman dəyişir. Bunlardan sonuncusu İngilis Guardian qəzeti, Times Higher Education və QS Top Universities tərəfindən edilən araşdırmaya əsaslanaraq hazırlanıb.



Siyahının başında Harvard Universiteti yer alır. Asiya universitetlərinin yüksəlişi siyahıda öz əksini tapıb. Xüsusilə Çin, Yaponiya və Koreya universitetlərinin yaxında ABŞ-ın Ivy League universitetləri və İngiltərənin Oxford və Cambridge universitetlərinə meydan oxuyacağı da təxminlər sırasındadır. Siyahıya görə, ən yaxşı 10 universitetin 4-ü, 100 universitetin də 18-i Böyük Britanyada yer alır.



Bundan başqa, Asiyadan siyahıya daxil olan universitetlərin sayı keçən ilə görə 2 ədəd artaraq, 14-dən 16-ya yüksəlib. Tokio Universiteti siyahının 22, Hong Kong Universiteti 24-cü sırasındadır.



Bu da dünyanın ən yaxşı 10 universiteti


1 - Harvard Universiteti (ABŞ)
2 - Kembric Universiteti (Böyük Britaniya)
3 - Yale Universiteti (ABŞ)
4 - UCL (University College London) (Böyük Britaniya)
5 - Imperial College London (Böyük Britaniya)
6 - Oxford Universiteti (Böyük Britaniya)
7 - Çikaqo Universiteti (ABŞ)
8 - Princeton Universiteti (ABŞ)
9 - Massachusetts Texnologiya İnstitutu (MIT) (ABŞ)
10 - Kaliforniya Texnologiya İnstitutu (Caltech) (ABŞ)



750 dollara oyuncaq hazırlamağı öyrədən universitet varmış



İndi də dünyanın ən qəribə dərslərinə nəzər yetirək. Məlum olacaq ki, dünyada nə qədər tələbə bu qəribə kitabları oxuyur, bu qəribə mühazirələrdə iştirak edir.



1.Missuri Universiteti
Dərs: təcrübi mədənçilik
Tələbələr partlayıcıdan düzgün istifadənin yollarını təcrübi olaraq öyrənirlər.


2. Corc Vaşinqton Universiteti
Dərs: çarpışma analizi
Tələbələrə bu dərsdə avtomobil parçalama fürsəti verilir. Onlar avtomobillərdəki təhlükəsizlik səviyyələrini qiymətləndirirlər.


3. Alabama Universiteti
Dərs: roket texnologiyası
20 tələbənin iştirak etdiyi bu dərsdə roket hazirlanmasının incəlikləri öyrədilir. İlin sonunda isə hazırlanan roketlər test edilir.


4. Maryland Universiteti
Dərs: kosmos geyimi dizaynı
Tələbələr bir universitetə aid ən böyük su tankında işləmə fürsəti əldə edir. Tankın içində yaradılan sıfır yer çəkimi şəraiti vasitəsilə kosmos texnikası haqqında müxtəlif əməliyyat və axtarışlar həyata keçirirlər.


5. Texas Texniki Universiteti
Dərs: atmosfer
Bu dərsdə şiddətli tufan vəziyyəti yaradıla bilər. Tələbələr isə bu tipli hadisələrdə binaların necə zərər gördüyünü öyrənib yeni fikirlər irəli sürürlər.


6. Cornell
Dərs: video oyunu istehsalı
Tələbələr il sonuna qədər bir video oyunu hazırlayaraq alacağı qiyməti gözləyir.


7. Nev College Florida
Dərs: yağış meşələri biologiyası
Gələcəyin bioloqları bu dərsdə təcrübi olaraq müşahidə aparılmasını və hansı təhlükələrlə qarşılaşa biləcəklərini öyrənirlər.


8. MİT

Dərs: oyuncaq istehsalı

Bu dərsdə tələbələr 750 dollarlıq büdcə ilə bir oyuncaq hazırlamaq məcburiyyətindədirlər. Daha sonra öz hazırladıqları oyuncaqları test edib standartlara uyğunluğunu yoxlayırlar.



9. Kaliforniya Universiteti

Dərs: Kosmosdan gələnlərin araşdırılması

SETİ proqramı daxilində təhsil alan tələbələr dünyadan kənar varlıqları araşdırırlar.

Kosmosun dərinliklərini dinləməklə yanaşı yeni yazılışlar yaratmaq üçün çalışırlar.



10. Havay Universiteti

Dərs: elmi dalğıclıq

Tələbələr okean və dəniz diblərində elmi araşdırmalar aparırlar. /Yeni Müsavat


Oxumağa davam et
Reklam
Reklam

Gündəm