• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Merilin Monro öldürüləcəyini ona demişdi

  • Maraqlı
  • 26 May 2015 09:36
  • 708 Baxış
Merilin Monro öldürüləcəyini ona demişdi

1998-ci ilin mayında "dünyanın ən məlahətli səs sahibi" Frenk Sinatra ürəktutmasından dünyasını dəyişdi. Sinatranın özünəməxsus ifa tərzi, möhtəşəm səsi ilə yanaşı, pərəstişkarlarının yaddaşında başqa bir şey də qaldı – saysız-hesabsız sevgililəri...

Axar.az bildiri ki, Frenkin birinci xanımı uşaqlıq məhəbbəti Nensi Barbato olub. Bu evlilikdən cütlüyün üç övladı dünyaya gəlir: Nensi, Frenki və Kristina. Sinatranın karyerasının yüksələn xətlə inkişafı ailəni Los-Ancelesə köçməyə məcbur edib. Los-Ancelesə köç romantik təbiətli Frenk Sinatranın həyatında çox böyük dəyişikliklərə səbəb olub. İfaçı evli olmasına baxmayaraq, burada çoxsaylı eşq macəraları yaşayıb.

Merilin Maskvellə aralarında yaşanan münasibətlərin ictimailəşdirilməsi Sinatra ailəsində ilk ciddi qalmaqala səbəb olub. Xəyanətə uğradığını öyrənən Nensi qarnındakı uşağı dünyaya gətirməmək və öz ərindən ayrılmaq qərarına gəlib. Lakin çox keçməmiş Frenk hər şeyi yoluna qoyur və onların sonuncu övladı Kristina dünyaya göz açır.

Cütlük Merilin qalmaqalını unutsa da, tezliklə aktrisa Ava Qardnerlə Frenkin yaşadığı məhəbbət macərası ucbatından yollarını ayırmağa məcbur olur.

Boşandıqdan 72 saat sonra nikah...

Boşandıqdan 72 saat sonra o, məşhur ifaçı xanım Qardnerlə nikaha girir. Lakin bu ailə həyatı da uğurlu alınmır. 6 il sonra xanım aktrisa Frenkin qadınlara olan marağından və onun çoxsaylı sevgililərindən təngə gəlir. Cütlük boşanır.

Sinatranın üçüncü dəfə ailə qurduğu xanım aktrisa Mia Ferrou olur. Onlar 1966-cı ildə Mianın 21, Frenkin 51 yaşı olanda evlənirlər. Əlbəttə ki, böyük yaş fərqinə görə mətbuat cütlüyü çox qınayır və gündəmdən düşürmür. Buna baxmayaraq, Frenklə Mia xoşbəxt həyat sürürlər.

Boşanma qərarı

Bir müddət sonra cütlük eyni filmdə çəkilmək təklifi alır. Tərəflər razılığa gəldikdən sonra aktrisa Mia fikrini dəyişir və Roman Polanksinin əsərində rol almaq qərarına gəlir. Arvadının bu addımı Frenki özündən çıxarır və o, boşanmaq ərizəsi yazır.

Boşandıqdan sonra Sinatra müxtəlif qadınlarla qısamüddətli münasibətlərə girir və artıq evlənmək haqda düşünmür. Lakin bir müddət sonra rastlaşdığı Barbara Marks onu fikrindən daşındırır. 1976-cı ildə Frenk Sinatra yenidən ailə həyatı qurur. Barbara böyük musiqiçinin dördüncü və sonuncu xanımı olur. O, Frenkin son gününə qədər yanında olur. Sinatranın həyatına girən hər qadın onun üçün ilham pərisi olur. O, hər sevgilisinə şahzadə kimi davranır, onları eyni dərəcədə sevirdi.

Sinatrayla Merlin Monro arasında yaşanan məhəbbətdən bütün dünya danışırdı. Frenk Monroya evlənmə təklifi edəndə Monro "Narahat olmayın, mən buralarda çox qalmayacağam", – demişdi. Frenk Sinatra sarışın gözəlin nə demək istədiyini anlamamışdı... Bir həftədən sonra isə Merlin Monro dünyasını dəyişmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR