Bilgi.az
Alimlər şokdadır: 13 yaşlı uşaq nüvə reaktoru hazırladı - FOTOLAR
İngiltərənin Lankaşir qraflığında yaşayan Ceymi Edvards müəllimləri ilə yanaşı, alimləri də şoka salıb. O, nüvə reaktoru hazırlayaraq oxuduğu məktəbin rəhbərliyinə təqdim edib.
13 yaşlı oğlanın mini-reaktorunda iki hidrogen atomu parçalanıb və nüvə sintezi vasitəsilə helium alınıb.
Kiçik reaktor onun oxuduğu məktəbin fizika laboratoriyasında təqdim olunub.
"Penwortham Priory Academy"nin direktor müavini Cim Houriqan deyir: "Şagirdlərə fizika dərsində
tapşırmışdıq ki, kiçik, işlək modellər hazırlasınlar. Dərsin sonuna
yaxın Ceymi mənə yaxınlaşıb soruşdu: "Müəllim, əgər nüvə reaktoru
hazırlasam və onu burada işə salsam, məktəbimiz partlamaz ki?!"
Sualı zarafat saydım və fikir vermədim. Amma indi Ceymi mənə
mini-reaktoru təqdim edəndə heyrətləndim. Gördüklərimə inanmağa
çətinlik çəkirdim".
13 yaşlı Ceymi Edvards dünyada ən gənc termonüvə reaktoru
"müəllifi"dir.
Bundan başqa, o, nüvə sintezinə nail olmuş ən gənc şəxsdir.
2008-ci ildə ABŞ-ın Nevada ştatında 14 yaşlı məktəbli
Teylor Uilson kiçik termonüvə reaktoru
hazırlamışdı./Milli.Az
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi