Camışlar şiri ağaca dırmaşdırdı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Camışlar şiri ağaca dırmaşdırdı - FOTOLAR

Keniyanın Masai-mara qoruğunda avtomobillə gəzən iki turist məzəli əhvalatın şahidi olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yırtıcı heyvanları izləyən əcnəbilər heyvanların şahı sayılan şirin camışların hücumuna məruz qalmasının şahidi olublar.

Belə ki, yırtıcı camışlardan birinin yeni doğulmuş balasını parçalamaq istəyib. Bunu görən camışlar şiri öldürmək üçün onun üstünə cumublar. Lakin o, yaxınlıqdakı ağaca dırmaşmaqla ölümdən xilas ola bilib.

Baş verənləri fotokamerasının yaddaşına köçürən "Daily Mail"in fotomüxbiri isə bildirib ki, camışlar bununla kifayətlənməyiblər. Onlar şirin dırmaşdığı ağacın altına toplaşaraq, yırtıcının oradan düşməsini gözləyiblər.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm