Övladlıq verilən MƏŞHURLAR haqqında bilmədikləriniz - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Övladlıq verilən MƏŞHURLAR haqqında bilmədikləriniz - - FOTOLAR

Ekranlardan izləyib heyran olduğunuz dünya şöhrətli aktyorların, müğənnilərin şəxsi həyatları barədə nə qədər məlumatlısız? Onların ekrandan kənar həyatının cah-cəlal içində keçdiyini düşünürsüzsə, bu yazını oxuduqdan sonra bir xeyli məyus olacaqsınız. Bəzən kənardan qibtə etdiyiniz məşhurların həyatları faciəli hadisələrlə dolu olur. Bir çox tanınmış şəxsiyyətlərin bu gün övladlığa götürdükləri kimsəsiz uşaqlar əslində onlara öz uşaqlıqlarını xatırladır. Dünya ulduzları içərisində çətin və ağır uşaqlıq illəri keçirənlər övladlığa götürdükləri uşaqların daha xoşbəxt olması üçün əllərindən gələni edir. Özlərinin məhrum olduğu xoşbəxt uşaqlıq illərini başqalarına yaşatmağa çalışan o məşhurlar kimdir?

Publika.az sizə dünya ulduzları içərisində övladlığa götürülən məşhurlar haqqında maraqlı faktları təqdim edir:

Stiv Cobs - 24 fevral 1955-ci ildə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən özəl klinikalardan birində dünyaya gəlib. Stivin bioloji anası Coanna Şeybl tələbə vaxtı uşaq dünyaya gətirdiyini heç cür anasına deyə bilmədiyi üçün körpəsini xəstəxanada tərk edib. Atası isə əslən suriyalı olan Abdülfattah Candalidir. Stivi uşaq yaşlarından övladlığa götürən Jobs ailəsi onu bu yaşa qədər böyüdüb. Ögey atası Paul Cobs onda elektronikaya qarşı maraq oyadaraq bu sahədə təhsil almasına dəstək verib. Stiv Cobs 1976-cı ildə dostu Stiven Voznyakla birlikdə “Apple” şirkətini yaradaraq adını tarixə qızıl hərflərlə yazmağa müvəffəq olub. Stiv Cobs 5 oktyabr 2011-ci ildə Californiyanın Palo Alto ştatında vəfat edib.

Nicol Riçi - Amerikalı aktrisa və müğənni Nikol Riçi 1981-ci ildə Kaliforniyanın Berkeley ştatında anadan olub. Nikolun anası o qədər kasıb idi ki, övladını sağ-salamat dünyaya gətirəcəyinə belə ümidi yox idi. Bəzi mənbələrdə 3 yaşına qədər ailəsi ilə yaşadığı deyilən Nikolun 9 yaşında övladlığa verildiyi qeyd olunur. Lakin, ailə üzvlərinin yazdığı məlumata görə, Lionel Riçi, Nikolun anasına Nikolu övladlığa götürəcəyinə dair söz vermişdi. Övladlığa götürüldükdən sonra Los Ancelesdə böyüyən Nikol burada gələcəkdə ən yaxşı rəfiqəsi olacaq Paris Hilton ilə tanış olur. Lionel və Brenda Riçi ailəsi ilə xoşbəxt olduğunu deyən Nikol heç vaxt həyatından narazı olmayıb.

Con Lennon - Con Uinston Lennon 1940-cı il 9 oktyabr tarixində Böyük Britaniyanın Liverpul şəhərində doğulub. Conun doğumundan qısa zaman sonra ailəsi boşanmaq qərarı alır. Valideynlərindən heç biri onu qəbul etmədiyi üçün Conu xalası və əri böyüdüb. 20-ci əsrin ən məşhur musiqiçilərindən biri olan Con Lennon tanınmış "The Beatles" qrupunun yaradıcısı və ifaçısı, Böyük Britaniyanın cəngavər titulunun sahibi, Akademiya və Qremmi mükafatı laureatı olub. 8 dekabr 1980-ci ildə Nyu-Yorkda 40 yaşında dünyasını dəyişib.

Koko Şanel - Dünyadakı ən məşhur qadınlardan olacaq Koko Şanel 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində yerləşən Samyur adlı kiçik əyalətdə anadan olub. Anası gəzəyən atasının axtarışlarına çıxanda yolda sancılanır və qızını yaxınlıqdakı monastrların birində dünyaya gətirməli olur. Doğuşu qəbul edən monarx qadın uşağa Qabriel adını verib. Avara ata qızını bir dəfə də olsun görməyə gəlməyib. Qabrielin (Koko Şanelin) anası bronxitdən dünyasını dəyişəndə qızın 12 yaşı olub. Ailədə 5 uşaq olsalar da, Koko Şanel yetimxanada böyüməyə məhkum olur. Kokoya görə, yaşadıqları onu bu peşəni seçməyə vadar edib. Çünki ömrü boyu boz köhnə bir uniformanı geyməyə məcbur olub. Hələ sağlığında "moda aləminin filosofu" adlandırılan, 20-ci əsrin qadın silueti Qabriel Şanel 1971-ci il yanvarın 10-da Parisdə 88 yaşında dünyasını dəyişib.

Raymond Allen Liotta - Rey Liotta 1954-cü il dekabrın 18-də ABŞ-ın Nyu Cersi ştatında anadan olub. Əslən şotlandiyalı olan bioloji valideynləri tərəfindən rədd edilən 6 aylıq Rey italiyalı ailə tərəfindən övladlığa götürülür. Zəngin ailənin ögey oğlu yeni bacı və qardaşı ilə olduqca xoşbəxt yaşayıb. 2000-ci ildə bioloji anası ilə söhbət edən Rey öz doğma ata-anasının da əslən şotland və italiyan qarışığı olduqlarını öyrənib. 62 yaşlı dünya şöhrətli aktyor bu günkü həyatından olduqca məmnun olduğunu deyib.

Ceymi Foks - Erik Marlon Bişop 13 dekabr 1975-ci ildə ABŞ-ın Texas ştatında dünyaya gəlib. Məşhur aktyor Luis Dixon və Darrell Bishop adlı cütlüyün ailəsində dünyaya gəlsə də, qısa müddət sonra, ailəsi onu övladlıq verib. Yeni ailəsinin musiqiçi olduğu deyilir. Ögey valideynləri Ceymiyə sənət dünyasına sevgi, fortepianoda mükəmməl ifa etməyi öyrədib.

Bill Klinton - Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti Bill Klinton 19 avqust 1946-cı ildə ABŞ-ın Arkanzas ştatında anadan olub. Atası o doğulmazdan əvvəl vəfat edib. İş yeri qaldıqları yerdən çox uzaqda olduğu üçün anası uşağı valideynlərinin yanında qoyub gedir və bir daha geri qayıtmır. Rəsmi olmasa da, Bill Klinton nənə və babası tərəfindən övladlığa götürülür. Anası ilə yenidən rastlaşanda Klinton artıq evli idi.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm