Maraq dünyası
1300 uşağı olan poçtalyon
ABŞ-ın ucqar əyalətində yaşayan 87 yaşlı poçtalyonun 1300-dən artıq uşağı var.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir
ki, həmin bölgədə yaşayan bir çox “atasız” uşağın əslində həmin bu
poçtalyon kişidən olması barədə iddialar irəli sürülüb. Özəl
dedektivin apardığı araşdırmalar zamanı minlərlə uşaqdan götürülən
DNA nümunələri həqiqəti üzə çıxarıb. Dedektiv araşdırma üçün 15
ilini sərf edib.
Poçtalyon iddialara gülərək belə cavab verib: “Qadınlar məni Coni
Keşə bənzədirdilər”. Bu ifadə onun vaxtilə minlərlə qadınla
birlikdə olduğunun təsdiqi kimi məhkəmədə istifadə olunub. Dedektiv
isə bildirib ki, hər şey 2001-ci ildə 2 kimsəsiz uşağın bioloji
atasını axtarmağa başlayanda üzə çıxıb. Bir-birinə aidiyyatı
olmayan hər iki uşağın atasının eyni adam olması, həmin kişinin
başqa uşaqlarının da olma ehtimalını artırıb.
Qeyd edək ki, hələ ki, keçmiş poçtalyonun uşaqlarının sayı rəsmi
olaraq 1300 göstərilsə də, dedektivin fikrincə, bu göstərici iki
dəfə çox ola bilər. Lakin həqiqətin üzə çıxması yüzlərlə ailənin
dağılmasına səbəb olacaq deyə, araşdırma yarımçıq saxlanılıb.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi