Maraq dünyası
10 min il əvvələ aid mağarada yaşayan insanlar - İRANIN QƏRİBƏ KƏNDİ - FOTOLAR
İranın paytaxtı Tehrandan 900 km cənubda yerləşən Maymand adlanan qədim kənddə insanlar hələ də uzun illər əvvələ aid mağaralarda yaşayırlar. "Müasir mağaralar" adlanan bu evlər qışda isti, yayda sərin olur.
Publika.az xəbər verir ki, 10 min il əvvələ ai olduğu güman edilən mağaralar çətin qış aylarında kəndlilərə və heyvanlarına məskunlaşmağa imkan verir. İranın son mağara insanları məhz bu kənddə yaşayır. Qayaların içərisində açılmış çoxsayda mağaralar eyni zamanda YUNESKO-nun Dünya İrsi siyahısına salınıb.
Bu ərazilərdə hava şəraiti qeyri-stabil olduğundan kənd əhalisi daim bir yerdən digər yerə köçmək məcburiyyətində qalıb.
İranda 10 min il əvvələ aid 400 mağaranın 90-da hələ də yaşayış var. Bu mağara evlərin hər birində sahəsi 20 kvadratmetr olan 6-7 otaq var. Tavan hündürlüyü isə iki metrə çatır.
İranda mağaralar müasir həyatın bir hissəsinə çevrilib. Belə ki, elektrik xətlərinin çəkildiyi mağaralarda soyuducu, hətta televizor da var. Bütün bunlara baxmayaraq, rütubətin qarşısını almaq olmur. Yemək bişirmək və ya isitmək üçün isə əvvəlki kimi tonqal qalayırlar ki, bu da divarlarda his izləri qoyur.
Bu mağaraların bəziləri qədim dövrlərdə Zərdüştilik dininin mövcudluğundan xəbər verir. Belə ki əvvəllər məbəd kimi istifadə edilən mağaralar bu gün muzey kimi fəaliyyət göstərdiyi üçün burada qədimdən qalan dini izləri görmək mümkündür. 7-ci əsrdən sonra burada İslam dini yayılmağa başlayıb. Bu gün dünyada mövcud olan çox az sayda mağara məscidlərindən biri məhz İranda yerləşir.
Könül Cəfərli
-
Hadisə04:14Şamaxıda zəlzələ oldu
-
Hadisə02:42Goranboyda güclü yanğın başladı - VİDEO
-
Sosial01:41Bakının bir sıra əraziləri işıqsız qalacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük uğurlar qazana bilərsiniz
-
Hadisə1 Sentyabr 23:12Burnunu it dişləyən xəstəyə yenisi formalaşdırıldı - VİDEO
-
Sosial1 Sentyabr 22:00Röya Ayxanın eks-qayınatası 9 il sonra azadlıqda - FOTO
-
Magazin21 Sentyabr 21:36Ancelina Coli Ukraynanın bu şəhərində qəlyanaltı etdi
-
Magazin21 Sentyabr 21:2435 il saxlanılan sirr - Məşhur müğənnin külü hara səpilib?





















.jpg)















