Mikroçip erası: Düyü boyda alət bütün dünyanı dəyişdirəcək - FOTO
Bizi izləyin

Maraq dünyası

Mikroçip erası: Düyü boyda alət bütün dünyanı dəyişdirəcək - FOTO

Mikroçip dəri altına yeridilən xırda ölçülü, zərərsiz qurğudur. Bu günədək bu alət ev heyvanları üzərində sınanmışdı. İndi isə növbə insanlara çatıb. ABŞ-ın CNBS kanalında yayımlanan verilişdə bu mövzudan bəhs olunub.

Publika.az bu televiziya proqramının əsas məzmunu haqda olan yazını təqdim edir.

ABŞ-nın “Three Square Market” (Üç Meydan Market) adlanan mağazalar şəbəkəsinin içraçı direktoru Todd Uestbi bütün ofis əməkdaşlarının işinə yarayacaq bir ixtira təklif edir. O, işçilərin əllərinə düyü ölçüsündə mikroçiplərin yerləşdirilməsi fikrindən bəhs edib. Bu çiplərin köməyi ilə işçilər ofisin giriş qapılarını aça, yemək sifariş edə və kompüterlərə, kassalara kodsuz giriş imkanları qazana biləcəklər.

Uetsbi: “Bu düyüvari alət əlin baş barmağı ilə işarət barmağı arasındakı dərinin altına yeridilir. Əməliyyatın məbləği 300 dollardır və tam ağrısız həyata keçirilir. Bizim 50 nəfər könüllü işçimiz bu günlərdə mikroçip əməliyyatı etdirib, öz ofis qayğılarını azaldacaqlar.

Tezliklə, mağazalar şəbəkəsinin bütün əməkdaşları bu sistemdən faydalanmağa başlayacaqlar.

Mikroçiplərin əsas özəlliyi odur ki, hakerlər tərəfindən kodun oğurlanma qorxusu yoxdur və olduqca təhlükəsiz qurğudur".

İcraçı direktor müsahibəsində onu da qeyd edib, şəbəkənin əməkdaşı olan İsveçrənin “BioHax İnternational” şirkətinin 150 əməkdaşı artıq mikroçip daşıyıcısıdır.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm