"Sony" robot it hazırlayır - FOTO
Bizi izləyin

Maraq dünyası

"Sony" robot it hazırlayır - FOTO

Yaponiyanın məşhur "Sony" şirkəti yenidən robot texnologiyaların istehsalına başlayacaq. 12 illik fasilədən sonra şirkət süni intellektə malik robot iti təqdim etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, təkmilləşdirilmiş formada hazırlanan robotu internet şəbəkəsinə qoşmaq mümkün olacaq. Tərtibatçıların sözlərinə görə, robot canlı heyvanın xarici görünüşünü xatırladacaq dərəcədə incə strukturlarla işlənəcək.

Robototexnika sahəsinə qayıdan "Sony" şirkəti hazırlanacaq robot itin proqram təminatı şifrəsinin açıq olacağını və sahiblərinin robotun beyninə istənilən informasiyaları yükləyə biləcəklərini elan edib.

2018-ci ildə satışa çıxarılacaq robot it üzərində çalışan komanda ilk dəfə Aibo adlı robot iti hazırlayan mütəxəssislərdən ibarətdir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm