Dünyanın ən lüks həbsxanası hotel olacaq
Bizi izləyin

Maraq dünyası

Dünyanın ən lüks həbsxanası hotel olacaq

Səudiyyə Ərəbistanında şahzadə və nazirlərin həbs edilərək saxlanıldığı “Ritz Karlton” hoteli yenidən istifadəyə açıq elan edilib.

Publika.az xəbər verir ki, bu barədə hotellər şəbəkəsinin internet saytından açıqlama verilib.

Açıqlamada saxlanılan şəxslərin məhkəmə proseslərinin yaxın müddətdə bitməsi səbəbilə hotelin yenidən əvvəlki qaydada istifadəyə veriləcəyi bildirilib. Beləliklə, “Ritz Karlton” fevral ayının ikinci yarısından etibarən ziyarətçilərə açıq elan ediləcək. Bu hoteldə ən ucuz otağın bir gecəlik qiyməti 650 dollardır. Hoteldə müxtəlif çeşidli 492 otaq var.

Qeyd edək ki, noyabr ayında vəzifəsindən sui-istifadə ittihamları ilə həbs olunan 200-ə qədər dövlət əhəmiyyətli şəxs məhz bu hoteldə saxlanılırdı. Buna səbəb kimi həmin şəxslərin ən etibarlı şəkildə saxlanılması göstərilirdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm