Ailə quracağım insandan zina etdiyimi gizlədə bilərəmmi?
Bizi izləyin

İnanc

Ailə quracağım insandan zina etdiyimi gizlədə bilərəmmi?

"Kim bir müsəlmanın eybini örtərsə Allah qiyamət günü onun eyiblərini örtər" (Buxari, Müslim)

Şübhəsiz ki, zina böyük günahlardandır. Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl İsra, 32).

Bu vəziyyətdə səhabələr (Allah onlardan razı olsun) və onların yolunu gedənlər alimlər belə məsləhət vermişlər: Keçmişdə bu günahı etmiş insan ürəkdən peşman olaraq tövbə etməli, Allaha çoxlu ibadət etməli, namaz qılmalı, günahının bağışlanması üçün çoxlu dua etməli və bunun üçün duanın qəbul olan vaxtlarını seçməlidir (məsələn, gecənin son üçdə biri, azan və iqamə arası və s.). Həmçinin günahını yumaq üçün valideynlərə yaxşılıq etməli, çoxlu sədəqə verməli, nafilə ibadətlər etməli və digər yaxşı əməllər etməlidir, çünki yaxşı əməllər günahları silib aparır. Uca Allah buyurur: "(Qullarıma mənim bu sözümü) de: Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" (əz-Zumər, 53).

Publika.az zikr.az-a istinadən bildirir ki, uca Allahın adlarından biri də "əs-Sittir" - günahları və eybiləri örtəndir. Allaha bu adı ilə dua edərək onun günahını örtməsini diləməli, özü də günahını gizlətməlidir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: "Allahın qadağan etdiyi iyrənc şeylərdən uzaq durun. Kim bu qəbildən olan bir (günah) işlərsə, qoy bunu Allahın örtməsi ilə örtsün". (Beyhəqi)

Bunu bilənlər varsa, onlar da gizlətməlidirlər. Peyğəmbər (salallahu aleyhi və səlləm) demişdir: "Kim bir müsəlmanın eybini örtərsə Allah qiyamət günü onun eyiblərini örtər" (Buxari, Müslim)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm