Kəbin kəsdirən zaman şahidlərin olması vacibdirmi?
Bizi izləyin

İnanc

Kəbin kəsdirən zaman şahidlərin olması vacibdirmi?

Əhli-sünnə məzhəblərində isə kəbin kəsilən zaman şahidlərin olması vacib bilinir.

Cəfəri məzhəbinə əsasən, kəbin kəsilən zaman şahidlərin olması müstəhəbdir, amma vacib deyil. Şahidlərin ədalətli və mötəbər olmasının fəziləti daha çoxdur.

Əhli-sünnə məzhəblərində isə kəbin kəsilən zaman şahidlərin olması vacib bilinir. Bu zaman şafiilər və hənbəlilər iki nəfər ədalətli kişi şahidin olmasını şərt bildikləri halda, hənəfilər bir kişi və iki qadın şahidin olmasını da kafi bilir və şahidlərin ədalətini zəruri saymırlar. Maliki məzhəbinə görə, kəbin kəsilən zaman şahidlər olmasa da olar.

Amma toy gecəsində kişinin qadınla əlaqədə olduğunu təsdiq edə bilən iki şahidin olması gərəkdir. Yəni gərək iki nəfər şahid dursun ki, filan kişi filan qadını özünə arvad etdi. (islam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm