Mədəniyyət
Yadplanetlilər üçün Azərbaycan muğamı - VİDEO
Youtube portalında yadplanetlilər üçün nəzərdə tutulan
“Voyacerin qızıl diski”ndə yer alan Azərbaycan muğamının
audioyazısı yayılıb.
ANS PRESS-in məlumatına görə, audioyazını “Baku, Azerbaydjan”
kanalı yayıb.
Qeyd edək ki, 1977-ci ildə Kosmosa buraxılmış iki amerikan kosmik
aparatı olan Voyacerlər Yer kürəsi barədə məlumatın Qalaktikamızın
digər sivilizasiyalarına ötürülməsinə yönəldilib. “Voyacerin”
bortuna (n adı) içində qızıl suyuna salınan videodisk yerləşdirilib
və yumru alüminium qutu bərkidilib.
Voyacerin qızıl diski və məlumatlar bazası toplanan alüminium
qutu.
Diskdə 122 slayd var və onlarda ən mühüm elmi bilgilər, Yerin və
onun qitələrinin görünüşləri, müxtəlif landşaftlar, insan və heyvan
həyatından olan səhnələr, DNT molekulu, onların anatomik quruluşu
və bioximik strukturu toplanıb.
“Voyacerin” 78% yazıları bir çox mədəniyyətlərin musiqili ifadə
formalarına həsr edilib. Klassik qərb musiqisi Baxla (Branderburq
konserti N2, “Rondo formasında qavot”, “Temperasiyası yaxşı müəyyən
edilmiş klavir”), Bethovenlə (5-ci simfoniya, simli kvartet № 13),
Motsartla ( “Sehrli fleyta”) və Stravinskiylə ( “Müqəddəs bahar”)
təmsil olub. Yüngül qərb musiqisi isə - Çak Berri ilə («Johnny B.
Goode»), Lui Armstronqla («Melancholy Blues») və Kor Villi Jonsonla
(«Dark Was the Night») təmsil olunub.
Qalan digər yazı isə Hindistan, Yava və Yaponiya klassik
musiqisindən, həmçinin 2500 il əvvəl çin bəstəkarı Bo Ya tərəfindən
7 simli Tsisyantsin aləti üçün bəstələnmiş Çin əsərindən
ibarətdir.
Maraqlıdır ki, yad planetlilər üçün insan mədəniyyəti həm də
Аzərbaycan muğamı ilə də təmsil olunub.
Xatırladaq ki, 1977-ci ildə buraxılmış “Voyacer” 2007-ci il
avqustda Günəş sisteminin hüdudlarından kənara çıxıb. Lakin onun
yadplanetlilər tərəfindən tapılması və hətta tapılsa belə, diskin
uzun müddət zədə almaması ehtimalı çox azdır.
Hər bir halda bu maraqlı layihə insanlığın özünə belə çox şey
öyrədir. Məsələn, bizimlə eyni planeti paylaşan, amma hələ də
ağıllanmayan ermənilər balabanın onlara aid olduğunu iddia etdikdə
bütün dünya tərəfindən qəbul edilmiş “Voyacer” diskini onlara misal
gətirmək olar ki, ermənilər bu diskə salına biləsi insanlıq üçün
heç bir xeyirə imza atmayıblar.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ