Mədəniyyət
Qəbələdə Beynəlxalq Mürəbbə Festivalı
Avqustun 27-də Qəbələdə IV Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək.
Publika.az xəbər verir ki, festival Mədəniyyət və Turizm Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.
Beynəlxalq festivala Azərbaycanın bölgələrindən, həmçinin 10-dək xarici ölkədən qonaq və iştirakçılar qatılacaqlar.
Festivalda münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.
Son illər müxtəlif beynəlxalq mədəni tədbirlərə, festivallara ev sahibliyi edən Qəbələdə mürəbbə ustalarının yarışması ilk dəfə 2013-cü ildə gerçəkləşib.
2013-cü ildə festivalda respublikamızın 11, sonrakı il 20, 2015-ci ildə isə 30 şəhər və rayonundan, eləcə də beş xarici ölkədən şirniyyatçılar iştirak edib. Ötən il keçirilən beynəlxalq festivalda Türkiyə, Rusiya, İran, Serbiya, Qırğızıstan şirniyyatçıları öz məhsullarını nümayiş etdiriblər.
Festivalın keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır.
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir









.jpg)

























.jpg)


