Mədəniyyət
Qazax teatrında nə baş verdi?
Qazax Dövlət Dram Teatrının repertuar planına daxil edilmiş C.Cabbarlının “Solğun çiçəklər” əsəri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu rayona ezam edilmiş Xalq Artisti Zülfüqar Abbasovun quruluşunda səhnəyə qoyulacaq.
Publika.az xəbər verir ki, tamaşaya ictimai baxış keçirilib. İctimai baxışda bədii şuranın sədri, teatrın direktoru Saqif İskəndərov, baş rejissor Musa Eyyubov və bədii şuranın üzvləri, aktyor Hacı Hacıyev, baş rəssam Səyyat Məmmədov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona şöbəsinin sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal, eləcə də Tovuz və Mingəçevir şəhərlərindən ziyalılar və başqaları iştirak ediblər.
İctimai baxışdan sonra tamaşanın müzakirəsi zamanı bədii şuranın üzvləri və qonaqlar tamaşa haqda yüksək fikir söyləyiblər və əsərin səhnəyə qoyulması məqsədəuyğun hesab edilib.
Tamaşanın quruluşçu rejissoru Zülfüqar Abbasov, bədii səhnə tərtibatçıları Afiq və Səyyat Məmmədovlar, musiqi tərtibatçısı Aybəniz Qurbanova, rejissor köməkçisi Məlahət Vəliyevadır.
Tamaşada rolları gənc aktyorlar Zəmanə Orucova, Yusif Qoca, Nəsimi Aşbazov, həmçinin teatrın aparıcı aktyorları Xanım Məmmədova, Nazilə Məmmədova və İlqar Hacəliyev ifa ediblər.
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO










.jpg)



























