Litvalı rejissorun Xocalıdan bəhs edən filmi üç beynəlxalq nominasiyaya layiq görülüb
Bizi izləyin

Mədəniyyət

Litvalı rejissorun Xocalıdan bəhs edən filmi üç beynəlxalq nominasiyaya layiq görülüb

Litvalı rejissor Aleksandras Brokasın Xocalı faciəsindən bəhs edən “Endless Corridor” (Sonsuz Dəhliz) sənədli filmi daha üç beynəlxalq nominasiyaya layiq görülüb.

Publika.az xəbər verir ki, film “Milan IFF 2015” kino festivalında “Ən yaxşı qısametrajlı sənədli film”, “Sənədli filmdə ən yaxşı kinematoqrafiya” və “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyalarında iştirak edəcək.

Xatırladaq ki, Xocalı faciəsindən bəhs edən “Sonsuz Dəhliz” filmi bu il ərzində beynəlxalq kinofestivalların diqqət mərkəzində olub. ABŞ-da keçirilən “Accolade Qlobal Film Competition” müsabiqəsində “Best of Show” mükafatını aldıqdan sonra bu film daha iki nüfuzlu mükafata layiq görülüb. İyulun 10-da Madrid Tenerife Beynəlxalq Film Festivalları “Sonsuz Dəhliz” filmini “Ən Yaxşı Sənədli Film” və Aleksandras Brokası “Ən Yaxşı Sənədli Film Rejissoru” nominasiyası üzrə qalib elan edib.

“Sonsuz Dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm