Şokoladlı mus - Resept
Bizi izləyin

Mətbəx

Şokoladlı mus - Resept

Şokoladı sevməyən varmı?! Şokoladdan hazırlanan sərin mus isə isti yay günlərində ürəyinizi sərinlədəcək.

İnqrediyentlər:

Yumurta - 2 ədəd

Şokolad - 120 qram

Kərə yağı – 12 qram

Duz - ¼ çay qaşığı

Hazırlanması:

Şokoladı buxarda əridin və yumşaldılmış yağı ilə qarışdırın. Şokoladı kasaya qoyun və qaynayan çaydanın qapağının yerinə qoyun. 10-15 dəqiqə ərzində şokolad buxarın havasında əriyəcək.

Yumurtanın ağını sarısından ayırın. Ağına duz əlavə edib, yaxşıca çalın.

Bir az soyuyan şokolad kütləsini yumurta sarıları ilə qarışdırın.

Sonra ağın yarısını şokolad kütləsi ilə qarışdırın.

Mus yaxşı qarışandan sonra yumurta ağının ikinci hissəsini də əlavə edib yenidən qarışdırın.

Sonra şokoladlı musu stəkana töküb, 1,5- 2 saat ərzində soyuducuda saxlayın.

Süfrəyə veriləndə mus olan stəkan giləmeyvə ilə bəzəmək olar.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm