​​​​​​​Ruslara hücum edən döyüşçüləri ABŞ hazırlayıb: 87 ölü... – ŞOK İDDİA
Bizi izləyin

Yaxın Şərq

​​​​​​​Ruslara hücum edən döyüşçüləri ABŞ hazırlayıb: 87 ölü... – ŞOK İDDİA

Suriyada Rusiya hərbi qulluqçularına hücumun arxasında Amerikanın Et-Tanf bazasında hazırlıq keçmiş döyüşçülər dayana bilər.

Publika.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, belə versiyaya Rusiyanın Müdafiə Nazirliyində baxılır.

Bəzi məlumatlara görə, hücumdan 2 gün əvvəl Deyr-ez-Zor əyalətinə Et-Tanf bazasında hazırlıq keçmiş döyüşçülər qrupunu atıblar. Rusiyanın Müdafiə Nazirliyi hazırda sözügedən qrupun hücumda iştirak edib-etmədiyini müəyyənləşdirir.

Xatırladaq ki, mayın 23-də döyüşçülər qrupu Suriya ordusunun artilleriya batareyasına hücum edib. Döyüş bir saata yaxın davam edib. Hücum nəticəsində 4 Rusiya hərbi məsləhətçisi həlak olub, 43 döyüşçünün zərərsizləşdirildiyi bildirilir.

Qeyd edək ki, Rusiya 2015-ci ilin sentyabrından Suriyada hərbi əməliyyatlar keçirir. “Kommersant” nəşrinin hesablamalarına görə, Suriyada indiyə kimi 87 rusiyalı həlak olub. 2017-ci ilin sonunda isə Müdafiə Nazirliyi 41 hərbçinin həlak olduğunu rəsmən açıqlamışdı.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm