Mikayıl Müşfiqin büstünün yerində park salınacaq - “Azəravtoyol”
Bizi izləyin

Nəqliyyat

Mikayıl Müşfiqin büstünün yerində park salınacaq - “Azəravtoyol”

Həmin ərazidəki “Statistika dairəsi” ləğv ediləcək.

“Mikayıl Müşfiqin büstünün yerində onun adına park salınacaq”.

Bu barədə Publika.az-a “Azəravtoyol” ASC mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, həmin ərazidəki “Statistika dairəsi” ləğv ediləcək: “5000 kvadrat metlik ərazidə yeni park salınacaq, Mikayıl Müşfiqin büstü də həmin parkda ucaldılacaq. “Sovetski” ərazisində bu kimi dəyişikliklər planı ötən əsrdən vardı.

Bunlar Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə həyata keçirilir. Bu işlərin bir hissəsinə Füzuli küçəsinin genişləndirilməsi ilə 2014-cü ildə start verilib. Müşfiq parkının salınması da bu planın tərkib hissəsidir”.

Anar Nəcəfli qeyd edib ki, Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairə ləğv olunacaq: “İnşaatçılar prospektindən gələn avtomobillər artıq birbaşa dairə olan istiqamətdə daxil ola bilməyəcəklər. Onlar Nərimanov prospektinə yönləndiriləcək. Nərimanov prospektindən Abdulla Şaiq küçəsinə geridönmə yaradılacaq. O yol da genişləndiriləcək.

Paralel yol yaradılacaq. Nərimanov prospekti Nərimanov heykəlinə doğru bir istiqamətli olacaq. Əks-istiqamət üzrə də Abdulla Şaiq küçəsi yenidən qurulur. Əks istiqamətdə avtomobillər o yolla hərəkət edəcək. Abdulla Şaiq küçəsiylə Nərimanov prospekti Nərimanov heykəlinin qarşısında və Statistika dairəsinin yanında birləşdirilir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm